Quran surələri-"Duxan"
Featured

08 Noyabr 2018

"Duxan" surəsi Məkkədə nazil olmuş və 59 ayədən ibarətdir. "Həvamim" adlanan ("Ha-mim"lə başlanan) yeddi surədən biri də "Duxan" surəsidir. Məkkədə nazil olduğunu nəzərə alaraq, onun ümumi möhtəvasına tövhid, məad və Quran bəhsləri daxildir.

Ayələrdə bu bəhslərin nizamla düzülüşü sanki qafil və yatmış qəlblərə möhkəm bir zərbə endirir, onları iman, təqva, haqq və ədalətə dəvət edir.

"Duxan" sözü "duman","tüstü" mənasını bildirir və bu söz surənin 10-cu ayəsində işləndiyindən, surə elə həmin adla adlandırılır. Surәnin 8-11-ci аyәlәrindә belə buyurulur:

لَا إِلَهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ. بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ. فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاء بِدُخَانٍ مُّبِينٍ. يَغْشَى النَّاسَ هَذَا عَذَابٌ أَلِيمٌ

"Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir. Lakin onlar (iman gətirmək əvəzinə tövhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar. (Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (Elə bir duman ki,) insanları bürüyəcəkdir. Bu, şiddətli bir əzabdır!"

Bәli, hәzrәt Pеyğәmbәrin (s) qövmü bütün хәbәrdаrlıqlаrа bахmаyаrаq, şübhәdәn qurtulа bilmir vә dünyа işlәrinә mәşğul оlurdulаr. Pеyğәmbәrә (s) bildirilir ki, sәmаnın аşkаr bir dumana, tüstüyә bürünәcәyi günü gözlәsin.

Hәmin gün hаqqındа tәfsirçilәrin rәylәri fәrqlidir. Аmmа bеlә görünür ki, həmin duman, tüstü Qiyаmәtdәn qаbаq аşkаr оlаcaq bir әlаmәtdir vә bu tüstünün insаnlаrı bürümәsinin özü dә dәrdli bir әzаbdır.

Bu surənin möhtəvasını yeddi bölmədə xülasə etmək olar:

– Surə "müqəttəə" hərfləri ilə başlayır, sonra Quranın əzəmətindən və onun mübarək bir gecədə – "Qədr" gecəsində nazil olduğundan söz açılır.

– İkinci bölmə tövhid və Allahın yeganəliyinə, Onun varlıq aləmindəki əzəmət və böyüklüyünü göstərən bir qisim nişanələrə həsr olunur.

– Kafirlərin acı taleyi və onların axirətdə müxtəlif şiddətli əzablara mübtəla olacağı bu surənin mühüm hissəsini təşkil edir.

– Dördüncü bölmədə qafillərin qəflət yuxusundan ayılması üçün həzrət Musa (ə) ilə Fironun sərgüzəşti, Firon və fironçuların məğlub və həlak olduğundan danışılır.

– Qiyamət məsələsi, Cəhənnəm əhlinin ağır əzabları və təqvalıların ruhpərvər mükafatları bu surənin ayələrində yer alan növbəti bir bölmədir.

– Yaradılış hədəfi, göy və yerin yaradılışının bihudə olmaması bu surədə irəli sürülən mövzulardan biridir.

– Nəhayət, surəyə başlanğıcda olduğu kimi Quranın vəsfi ilə xitam verilir ("Təfsiri-nümunə", 21-ci cild, səh.143-144).

"DUXAN" SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَأَ حم اَلدُّخَانَ فِي لَيْلَةِ جُمُعَةٍ أَوْ يَوْمِ جُمُعَةٍ بَنَى اَللَّهُ لَهُ بَيْتاً فِي اَلْجَنَّةِ

""Duxan" surəsini cümə axşamı və cümə günü oxuyana Allah Behiştdə bir ev tikər".

O həzrət (s) başqa bir hədisdə belə buyurmuşdur:

مَنْ قَرَأَ حم اَلدُّخَانَ فِي لَيْلَةٍ أَصْبَحَ يَسْتَغْفِرُونَ لَهُ سَبْعُونَ أَلْفَ مَلَكٍ.

""Duxan" surəsini gecə oxuyaraq sübh edənin günahlarının bağışlanmasını yetmiş min mələk diləyər".

2. Əbu Həmzə Somali İmam Baqirin (ə) belə buyurduğunu nəql etmişdir:

مَنْ قَرَأَ سُورَةَاَلدُّخَانِ فِي فَرَائِضِهِ وَ نَوَافِلِهِ بَعَثَهُ اَللَّهُ مِنَ اَلْآمِنِينَ يَوْمَ اَلْقِيَامَةِ وَ أَظَلَّهُ تَحْتَ عَرْشِهِ وَ حَاسَبَهُ حِسَاباً يَسِيراً وَ أَعْطَاهُ كِتَابَهُ بِيَمِينِهِ.

"Vacib və müstəhəb namazlarda "Duxan" surəsini oxuyan şəxsi Allah Qiyamətə əmin-amanlıqda olan zümrə ilə birgə gətirər, ərşinin kölgəsində qərar verər, onun hesabını asanlaşdırar və əməl dəftərini sağ əlinə verər". ("Məcməül-bəyan", 9-cu cild, "Duxan" surəsinin başlanğıcı; "Təfsiri-nümunə", 21-ci cild, səh.145).

Rza Şükürlü (maide.az)

Top
JoomlaLock.com All4Share.net