Qüds 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq
Featured

30 Noyabr 2018

İslam Əməkdaşlıq Konfransının Bəhreyndə keçirilən iclasında 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı şəhərləri müəyyənləşib.

Fələstinin paytaxtı Qüds, Tunisin paytaxtı Tunis, Bruneyin paytaxtı Seri Begavan, Qvineya-Bisaunun paytaxtı Bisau şəhərləri 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin fövqəladə Konfransı 57 ölkənin iştirakı ilə 28-29 noyabr tarixində Bəhreynin Manama şəhərində keçirilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və İƏT-in təşkilatçılığı ilə "Hamı insan irsini dəstəkləmək və radikalizmlə mübarizə üçün" şüarı adı altında keçirilib.(maide.az)

Top
JoomlaLock.com All4Share.net