2018-ci ilin yekunlarına dair tədbir keçirildi
Featured

11 Yanvar 2019

"Azadlığın qadağan edildiyi ölkədə yaşayırıq"

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) təşkil etdiyi "2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər" adlı konfrans baş tutub. 
Konfransda ölkənin ictimai –siyasi fəalları, məhbus ailələri, hüquq müdafiəçiləri və inanclı şəxslər iştirak edib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbiri QAUİMH sədri Rövşən Əhmədli açıb. O, tədbirin əslində yanvarın 7-də keçrilməsini planlaşdırdıqlarını bildirib: "Əslində bu tədbir yanvarın 7-də baş tutmalı idi, lakin yaradılmış müəyyən çətinliklər və obyektiv səbəblər üzündən təxirə salmalı olduq.

Bilirsiniz ki, 8 il əvvəl Azərbaycan İslam Partiyasının (AİP) sədri Doktor Mövsüm Səmədov yanvarın 7-də partiyanın Baş məclisindəki 12 dəqiqəlik çıxışına görə 12 illik həbs cəzası aldı. Bütövlükdə isə onunla yanaşı partiya üzvüləri, yaxınları da həbs olunaraq üst üstə 76,6 il həbs cəzasına məhkum edildilər.

Əslində AİP-in cəzalandırılmasından sonra ölkədə əsl islamafob hərəkat başladı, onlarla inanclı saxta ittihamlarla həbs edildi və bu bu gün də günahsız inanclıların həbsi davam edir. 
Bu 8 ildə ruhanilərin ardıcıl həbslərini gördük. Tale Bağırzadə başda olmaqla Müsəlman Birliyi Hərəkatının üzvlərinin haqsız olaraq həbs edilməsi prosesi hələ bitməyib. 
Bir ruhaninin namaza başçılıq etməsindən təbii bir halı ola bilməz. Amma Şeyx Sərdar Hacıhəsənlini cümə namazına görə həbs etdilər. Bu gün ölkənin ən mühüm, birinci problemi Qarabağ problemidirsə, ikinci problem siyasi və vicdan məhbuslarıdır. Siyasi məhbuslarımıza zindanlarda da işgəncə verilir, hüquqları pozulur. 
2018-ci il təəssüf ki, Azərbaycanda hüquqi dövlət quruculuğuna və zəruri siyasi-iqtisadi islahatlara keçid üçün daha bir itirilmiş il kimi yadda qaldı.."
Tədbirdə AİP sədrəvəzi, ilahiyyatçı İlham Əliyev çıxış etdi. O, islamda ilk etiraz edən qadınların Fatimeyi Zəhra və xanım Zeynəb olduqlarını dedi: "Kərbəlada baş verənlərin tarixin yaddaşına olduğu kimi hopmasında xanım Zeynəbin rolu böyükdür. Kərbəla Şəhidləri üzərində qələbəsini qeyd edən Yezidin məclisinə əli-qolu bağlı şəkildə gətirilən xanım Zeynəbin çıxışı o qədər möhtəşəm oldu ki, o, Yezidin bir az öncə qələbə kimi qeyd etdiyi hadisəni üstündən atmasına, bu olayda rolunu danmasına səbəb oldu."

İlahiyyatçı alim Araz Şiyəkəranlı müqəddəs kitabımız olan Qurani-Kərimdə buyrulan insan haqları haqqında danışdı. O, Quranda hamının eyni hüquqa malik olduğunu, Allahın insanı ən qiymətli varlıq kimi yaratdığını qeyd etdi: "Bir-birinizə hörmət edin, bir-birinizi öyrənin və sevin deyildi müqəddəs Kitabımızda. Əslində Quran bəşəri kitabdır. Çünki Quran insanlara fərq qoymadan deyir: "Ey Allaha iman gətirənlər!". Yəni kimliyindən aslı olmayaraq bütün insanlara müraciət edir. Yaxşı millət, pis millət yoxdur, yaxşı insan haqları var." 

Hüquq müdafiəçisi Oqtay Güləliyev 2018-ci ilin ölkə üçün uğursuz il olduğunu qeyd etdi və ölkədə baş verən həbslərin, şərlənmələrin ölkənin həm daxilində, həm də xaricdəki imicinə ciddi zərbə vurduğunu bildirdi. O, Gəncədə baş verən olaylara toxundu və günahsız inanclı insanların bu hadisədən sonra öldürüldüyünü, şərlənərək həbs edildiyini, eyni zamanda həbs edilənlərin bütün hüquqlarının kobud şəkildə pozulduğunu söylədi. O, 2018-ci ildə siyasi məhbusların növbəti siyahısının hazırlandığını və beynəlxalq hüquq təşkilatlarına təqdim edildiyini dedi. 

Kinodramaturq Eldəniz Quliyev ölkədə ümumilikdə islamın həbs edildiyini qeyd etdi. 2018-ci ildə siyasi məhbusların sayının çoxaldığını bildirdi və hər bir vətəndaşı siyasi məhbusları müdafiə etməyə səslədi: "Biz bütün gücümüzlə siyasi məhbusları müdafiə etməlyik."

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bu gün Azərbaycanda Kərbəla hadisələrinin yaşandığını bildirdi: "Bu günümüzün Yusifləri, İmam Hüseynləri zindandadır. Ərbəinə, Kərbəlaya gedən hər kəs gəlib öz məmləkətindəki İbn Ziyadların, Yezidlərin zülmünə qarşı etiraz etməlidir. Biz Kufənin hadisələrinin içindəyik. Biz İbn Ziyadlar kimi iyrənc dünya malına aldanıb, zindandakı Hüseynlərimizi unutmamalıyıq. Biz zindandakıların arxasında dayanmalıyıq. Mən dayanmışam, siz də dayanın. Çünki Allah bunu buyurub bizə."

Siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli Azərbaycanda azadlığın qadağan edildiyini dedi: "Ötən il siyasi məhbusların yaxınlarından bir-neçəsi ilə birgə şəhərə gəzməyə çıxmışdıq. Köynəklərimizdə siyasi məhbusların şəkli var idi. Yəni kimsə öz övladının və ya həyat yoldaşının şəkli olan köynək geyinmişdi əyninə. Polis bizi zorla maşına basıb polis idarəsinə apardı. Deyirəm axı, əynimdə öz oğlumun şəkli olan köynəklə şəhərə çıxmağıma kim qadağa qoyub? Polis deyir ki, "şəklin altında "azadlıq" sözü yazılıb. Bəs bilmirsən ki, bu ölkədə azadlıq sözü qadağan edilib?"- Biz azadlığın qadağan edildiyi ölkədə yaşayırıq."

Milli Şuranın üzvü İbrahim İbrahimli 2018-ci ildə baş verən olaylara toxundu. İnsan haqlarının tapdanmasına, siyasi məhbuslara zindanlarda verilən işgəncələrə biganə qalmamağa çağırdı: "Hər bir kəs ona verilən ömürü şərəflə yaşamalıdır. Əslində bu yaşadığımız həyat bir hesabatdır bütün nəslimizin, gələcək nəsillərin verəcəyi hesabat.

12 imamımız çox gözəl yaşaya bilərdi həyatlarını. Amma onlar baş verən haqsızlıqlara etiraz etdilər. Zalımın zülmünə qarşı döyüşdülər və bu gün fəxrlə, sevgi ilə öyülmələrinə səbəb olan həyat yaşadılar. Hər bir kəs öz ömrünü imamlarımız kimi şərəflə, haqsızlıqlara qarşı döyüşərək yaşamalıdır ki, sahabki gün onun şəcərəsi ondan utanmasın, onun haqqında qürurla danışa bilsin."

Siyasi məhbus Abbas Hüseynin anası Rəhimə Hüseynova zalımla döyüşməyin onlara genetik olaraq keçdiyini bildirdi. O, Abbasın babalarının namaz qıldıqları üçün 1932-ci ildə güllələndiyini söylədi: "Abbasa heç vaxt, "bu yolu getmə" demədim. Çünki bilirdim ki, onu babalarının yolundan çəkindirə bilmərəm. Abbas uşaqlıqdan haqqsevər olub. Uşaqlıqdan həmişə köməyə qaçıb, ədalətsizliyə qarşı çıxıb. 
Mən siyasi məhbus ailəsi olduğum üçün bilirəm ki, bu ailələr nələr çəkirlər, hansı çətinliklərlə üz-üzə qalıblar. Siyasi məhbusların hətta uzaq qohumlarını da işdən çıxarırlar, işsizlik, kasıblıq, ailədəki çətinlik bir yandan, bir yandan da zindanlara ərzaq, ehtiyac olan digər şeylər daşımalısan. Maddi, mənəvi çətinlik çox sıxır. Amma dözürük, dözməliyik."

Çıxış edən digər konfrans iştirakçıları da 2018-ci ilin Qarabağ probleminin həllində, siyasi, iqtisadi, ictimai,sosial həyatımızda, insan huquq və azadlıqları, siyasi-vicdan məhbusları problemlərinin həlli sahəsində uğursuz il kimi yadda qaldığını qeyd etməklə yanaşı 2019-cu ildə ümummilli məsələlərin həlli istiqamətində daha geniş vətəndaş həmrəyliyi nümayiş etdirməyin, daha sıx və səmimi əməkdaşlığın zəruri, vacib olduğunu da xüsusi olaraq vurğulamışlar.

Konfransın işinə yekun vuran QAUİMH sədri R.Əhmədli bütün yaranmış çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımızın qorunması, ölkədə real inkişafı təmin edəcək zəruri islahatların keçirilməsinə nail olmaq üçün, demokratiya, insan hüquq və azadlıqlarının, sosial vəziyyətin müsbətə doğru dəyişməsi uğrunda yorulmadan, ardıcıl mübarizə aparılmasının və bütün vətəndaşlarımızın bü mübarizədə həqiqi həmrəylik, səmimi birlik nümayiş etdirməsinin vacibliyini bir daha vurğuladı.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net