Əyyami Fatimə günləri münasibətilə tədbir keçirildi-VİDEO
Featured

29 Yanvar 2019

Bu gün inanclılar və siyasi məhbus ailələrinin üzvləri birlikdə Əyyami Fatimə günləri və Xanım Fatimeyi Zəhranın (ə.s) Şəhadətini yad edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) sədri, Qarabağ qazisi Hacı Rövşən Əhmədlinin təşkilatçılğı ilə baş tutan tədbirdə bütün tarixlərin ən şərəfli isimlərindən olan xanım Fatimeyi Zəhranın (ə.s) əzablı Şəhadəti yad edilib, onun ruhuna dualar oxunub və ehsan verilib.

Fatimeyi Zəhranın müqəddəs Şəhadətini və onun zülmə dirənişini ən yaxşı örnək adlandıran R.Əhmədli qonaqları salamlayıb və gələnələrə öz təşəkkürünü bildirb: "Allah cümləmizdən bu ehsanı qəbul eləsin. Biz ayrı-ayrı sahələrdə çalışsaq da, ayrı-ayrı evlərdə yaşasaq da, hamımızın müsəlman olaraq, Allah bəndəsi olaraq, Əhli-Beyt aşiqi kimi amalımız birdir. Allah-təala bizə daima lütf edərək, belə ehsan süfrələrini bizlərə bir nemət olaraq göndərib ki, biz tutduğumuz yolun anlamını dərk edək. Biz daim zalımın zülümünə qarşı olmalıyıq, məzlumun yanında olmalıyıq. Biz heç vaxt rahatlığı pozmayaq, amma o zaman qədər ki Nisa surəsində deyildiyi kimi, zülm olan yerə qədər. 

Bu gün biz Həzrəti Zəhra (ə.s) işığının məclisinə yığışmışıq. Bu tədbir üçün divara vurulacaq plakatı tərtib etməyi düşünəndə içimdən bir nida gəldi ki, xanım Fatimeyi Zəhranın od vurulmuş qapısını və Seyyid Əli Xamaeneinin "Mən bütün hacətlərimi bir gecəyə saxlayıram. O Fatimeyi Zəhranın (ə.s) Şəhadət gecəsidir" kəlamını seçim. Qadir və SübhanAllah bütün xəstələrə və çətinlikdə olanlara kömək eləsin, bu günümüzün imamları olan islam məhbuslarına, bütün günahsız məhbuslara izzətli azadlıq qismət eləsin."

Daha sonra Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, ilahiyyatçı xanım Növrəstə İbrahimova Fatimeyi Zəhranın (ə.s) ömür yolundan, onun mübarizəsindən danışıb.

Tədbirdə çıxış edənlər islam peyğəmbərinin(ə.s) əziz övladı Fatimeyi Zəhranın mübarizəsinin dünya tarixində qadınların həyatındakı rolu barədə danışıblar.

Tədbirdə çıxış edənlər islam peyğəmbərinin(ə.s) əziz övladı Fatimeyi Zəhranın mübarizəsinin dünya tarixində qadınların həyatındakı rolu barədə danışıblar.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net