Nüfuzlu sünni alim Əbussalam Muhəmmədi Tale Bağırzadəyə edilən zülmləri pislədi
Featured

06 Fevral 2019

İranın əhli-sünnə imam cüməsi və Əhli-Tətiqət Alimləri Təşkilatının sədri hacı Əbussalam Muhəmmədi Azərbaycanda dindarlara qarşı edilən haqsızlıqlara etiraz edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Əbusallam Muhəmmədi Müsəlman Birliyi Hərəkatının sədri, dəyərli ruhani hacı Tale Bağırzadəyə və onun iki əqidə yoldaşı Abbas Hüseynlə, Cabbar Cabbarlıya Qobustan qapalı həbsxanasında edilən amansız işgəncələr haqqında danışıb. İlahiyyatçı alim bildirib ki, adıçəkilən inanclı məhbusların aclıq aksiyası xəbərindən çox naraha olub: "Əslində bu baş verənlər Azərbaycanda müsəlman cəmiyyətinin vəziyyətinin nə qədər acınacaqlı olduğunu bir daha sübut etdi.  
Bu gün Azərbaycanda həqiqi islam mədəniyyətini, islami həyat tərzini və dini təlimləri olduğu kimi yaşatmaq dindar bacı və qardaşlarımız üçün bəzən ağır işkəncələrlə, çoxillik həbslərlə nəticələnir. Acınacaqlı isə budir ki, biz müsəmanlar bu qədər zülmün sadəcə tamaşaçısıyıq. Azərbaycan hakimiyyəti tərəfindən dindar cəmiyyətə qarşı bu represiyaların arxasında sionizmin dayandığı bizlərə gizli deyil.
Təssüflər olsun ki, müsəlman dünyası bu zülmlərə susur. Bu gün müsəlmanlar müxtəlif dillərdə bu zülmü dünyaya çatdırmağa borcludurlar. Mən müsəlman aləminin din alimlərindən, media işçilərindən və elitasından xahiş edirəm ki, Azərbaycanda baş verən bu zülmlərə biganə yanaşmasınlar və bu ölkədə yaşayan bacı-qardaşlatımızın fəryadını dünyaya çatdırsınlar."

Top
JoomlaLock.com All4Share.net