Bu gün həzrət Muhəmmədtəqinin (ə) mövludu günüdür
Featured

17 Mart 2019

Atası Həzrət İmam Rzanın (ə) hərəmində Həzrət İmam Cavadın (ə) mövludu.


Vilayət səmasının 9-cu günəşi "Cavadul-Əimmə" ləqəbi ilə həzrət Muhəmmədtəqinin (ə) mövludu münasibətilə atası İmam Rzanın (ə) Məşhəd şəhərindəki hərəmi tər güllərlə bəzədilib.

Hərəmin xidmətçiləri bu gün İmam Rzanın (ə) mübarək qəbrinin olduğu zərihin üzərin gül çələngləri yerləşdiriblər.

Hərəmin bütün sütunlu dəhlizləri, meydanları, fəvvarələri və qapıları tər gül-çiçəklərdən hazırlanmış çələnglərlə bəzədilib.

Həmçinin dünyanın müxtəlif ölkələrindən Məşhəd şəhərinə axışan zəvvarlar İmam Cavadın (ə) mövludu münasibətilə Məşhədin "Şühəda" meydanından İmam Rzanın (ə) hərəminə kimi əllərində gül tutraraq yürüş edib.

Top
JoomlaLock.com All4Share.net