Hicablı qadın Fransa şirkətinə qalib gəldi
Featured

19 Aprel 2019

Fransanın Versal Kassasiya Məhkəməsi iş yerində hicab taxdığı üçün 2008-ci ildə işdən çıxarılan qadının iddiasını təmin edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Micropole" şirkətində dizayner mühəndis kimi çalışan Əsma ilə bağlı müştərilərdən biri şikayət edib. Müştəri bildirib ki, Əsmanın hicab taxmasından çox narahat olub. Şirkət müştərisinin bu iddiasını əsas gətirərək Əsmadan tələb edib ki, gələn dəfə o müşətərinin ziyarətinə gedəndə mütləq hicabını açsın. Əsma isə bu tələbi rədd edib. Şirkət Əsmanın rədd cavabından sonra onunla işbirliyinə xitam verib.

Qeyd edək ki, məhkəmə haqsız olaraq işdən çıxarılan qadına görə, şirkətin 23 min avro təzminat ödəməsi haqqında qərar çıxarıb.

Related items

Top
JoomlaLock.com All4Share.net