"Tağut rejimləri ilə mübarizə" və ən önəmli məsələ "ədalət" haqqında...
Featured

09 May 2019

Din alimləri İslamın insanların həyat tərzində tətbiqi üçün çalışmalıdırlar - Ayətullah Xamenei.

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mayın 8-i dini-elmi hövzələrinin tələbələri, müəllimləri və məsul şəxsləri ilə görüşüb.

Görüşdə çıxış edən Ayətullah Xamenei bildirib ki, dini hövzələrin və din alimlərinin vəzifəsi İslam maarifini bəyan etmək və onların cəmiyyətdə tətbiqinə çalışmaqdır.

"Alimlər Ənbiyaların, peyğəmbərlərin mirasçısı vəzifəsində tövhidin əməl olunması və ədalətin bərqərar olması üçün çalışmalıdırlar", - deyən Ayətullah Xamenei bildirib ki, bu günün insanlarının, eləcə də İslam dünyasının və İslam dünyasından kənar cəmiyyətlərin dini maarifə olan ehtiyacı, dini hövzələrin vəzifəsini daha da ağır edir.

Ayətullah Xamenei bildirib ki, ölkə daxilində dini məsələlərə və ruhaniyyətin fəaliyyətinə diqqət vardır. Və bu diqqət İslam İnqilabından öncə ilə müqayisə olunmayacaq dərəcədədir.

"Dünyanın müxtəlif ölkələrində insanların dini maarifdən üz döndərməsi ilə bağlı olan düşüncələr yalnışdır. Bəlkə bu maarifə olan maraq daha da çoxalıb", - deyən Ayətullah Xamenei bildirib ki, Quran ayələrində ilahi peyğəmbərlərin mücahidətləri, çalışmaları və mübarizələri ilə bağlı müxrəlif ayələr var. "Peyğəmbərlərin vəzifəsi təkcə İslam maarifini bəyan etmək deyildi. Bu səbəbdəndir ki, İslam Peyğəmbəri tövhidin əməldə yayılması, ədalətin bərpası üçün mübarizə etdi ki, həqiqi mənada İslam cəmiyyətdə öz yerini tutsun.

Ayətullah Xamenei bildirib ki, alimlər də ənbiya və peyğəmbərlərin mirasçısı kimi İslamın insanların həyat tərzində tətbiqi üçün çalışmalıdırlar. Bu çalışmanın ən zirvəsini İmam Xomeyni (r.ə) edibdir. "İslam sisteminin təşkilindən sonra sözün həqiqi mənasında İslami dövlət təşkil olunmalıdır. Sonra İslami cəmiyyət və daha sonra İslami həqiqi sivilizasiya yaranır ki, hövzələrin bu prosesin baş tutmasında çox ağır məsuliyyəti vardır. Bu vəzifələr haqqında düşünmək, tətbiq etmək və dərk etmək üçün proqram hazırlanmalı və çalışılmalıdır."

Ayətullah Xamenei tələbələrin bəyanı, danışıq tərzi və ədəbiyyatını tərifləyib. "Bu gün görüşdə tələbələr "Həyat tərzi", "İslami hökmranlıq", "Cəmiyyətdə tövhidin bərqərar olması", "Tağut rejimləri ilə mübarizə" və ən önəmli məsələ "ədalət" haqqında danışdılar. Bu danışdıqlarınızı ölkənin müxtəlif bölgələrində xalq arasına aparın və cəmiyyətin maarifləndirilməsini artırın. İnqilabçı dialoq düzəldin və bunu yayın."

Ayətullah Xamenei dini hövzənin dini aıim yetişdirmə mərkəzi olduğunu və həmin yetişmiş alimin İslamın yayılması üçün bütün maarifi öyrənməsini və əməldə icra etməsini zəruri hesab etdiyini vurğulayıb. Bildirib ki, bütün proqram və işlər dini hövzədə bu kimliyin və bu əsas mahiyyətin üzərində qurulmalıdır.

Ayətullah Xamenei tələbələrə dərslərində (fiqh və digər dərslərində) ciddi olmağı tövsiyyə edib.

Ayətullah Xamenei ictihadı, müxtəlif mənbələrdən maarifi dərk etmək, çıxarış etmək üçün sistematik bir qayda adlandırıb. Bildirib ki, din alimi bilməlidir ki, maarif və dini həqiqətləri necə mənbələrdən əldə etsin. İctihad qüvvəsinin yetişdirilməsi üçün çoxlu çalışmaq və iş görməyin ehtiyac olduğunu bildirən Ayətullah Xamenei qeyd edib ki, əgər düzgün metod öyrənilərsə, onda əxlaqi dəyərlər də düzgün istinbat olunacaq.

Ayətullah Xamenei dini hövzədə əməl məsələlərində, siyasi məsələlərdə və ideologiyaların formalaşmasında fikir ayrılıqlarının olmasını təbii olduğunu vurğulayıb. Qeyd edib ki, önəmli budur ki, bu fikir ayrılıqları idarə olunsun. Qarşıdurmaya və gərginliyə səbəb olmasın. Fiqh, fəlsəfə və irfan alimləri tarix boyu dini hövzədə fikir ayrılıqları ilə yanaşı sözün həqiqi mənasında Allaha xatir vəhdət içində bir olublar.

Ayətullah Xamenei gənc tələbələri müctehidlərin, mərcei təqlidlərin, hövzənin böyükləri qarşısında ədəbli və itaətkar olmağa tövsiyə edib. Qeyd edib ki, dini hövzənin böyükləri də gənc tələbələr qarşısında səbirli və dözümlü olsunlar.(maida.az)

Top
JoomlaLock.com All4Share.net