Qədr gecəsi – Quran və vilayət gecəsidir
Featured

24 May 2019

Mübarək Ramazan ayı ilin ən gözəl fürsətlərindəndir və mübarək Ramazan ayında da ən gözəl fürsət “Qədr” gecəsidir. “Qədr” gecəsi də bu üç gecədən (Ramazan ayının 19, 21 və 23-cü gecələrindən) biridir. Nəql olunur ki, Mərhum Mühəddis Qummidən soruşurlar ki, bu üç gecədən hansı biri “Qədr” gecəsidir? Cavabında buyurur ki, insanın iki və ya üç gecəni “Qədr” gecəsi keçirməsi (əhya saxlaması) necə də asandır. Bu üç gecə arasında tərəddüd etməyin nə əhəmiyyəti var? Məgər üç gecə nə qədərdir? Elələri olub ki, bütün Ramazan ayını – əvvəldən axıra kimi əhya saxlayıb, “Qədr” gecəsinə məxsus əməlləri yerinə yetiriblər. Bu gecələrin qədrini bilin. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1376/10/26.)

لَیْلَةُ الْقَدْرِ خَیْرٌ مِنْ أَلْفِ شَهْرٍ

“Qədr gecəsi min aydan üstündür.” (“Qədr” surəsi, ayə 3.)

Bir gecə min aydan, min otuz gündən üstündür. Bu, olduqca mühümdür. Görəsən, nə üçün bu qədər fəzilət bir gecəyə məxsusdur? Çünki ilahi bərəkətlər bu gecə daha çoxdur. Bu gecə çoxlu mələklər yer üzünə nazil olur. Bu gecə salam gecəsidir. Bu gecənin əvvəlindən sonuna kimi – hər anı ilahi salamdır.

سَلامٌ هِیَ حَتّى مَطْلَعِ الْفَجْر

“O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda (və Allahın rəhmətində) olar (və o gecə mələklərin məsumu və saleh bəndələri salamlama gecəsidir).” (“Qədr” surəsi, ayə 5.)

سـَلامٌ قـَوْلًا مـِنْ رَبٍّ رَحـِیـم

“Rəhmli Rəbdən deyilən bir salam.” (“Yasin” surəsi, ayə 58.)

Bu gecə Allah bəndələrinə ilahi fəzl və rəhmətin nazil olduğu gecədir.

Qədr gecəsi vilayət gecəsidir; həm Quranın nazil olduğu, həm də mələklərin İmam Zamana (ə.c) nazil olduğu gecədir. Həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Demək, mübarək “Qədr” surəsu həm də vilayət surəsidir.

Ramazan ayı, onun gecə və gündüzləri bütünlüklə qiymətlidir. “Qədr” gecəsi isə Ramazan ayının digər günləri və gecələri ilə müqayisədə olduqca dəyərlidir. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları – 1375/10/19).(maide.az)

Top
JoomlaLock.com All4Share.net