"Xalqın taleyi ədalətli rəhbərin öhdəsinə verilməlidir, yoxsa.." Qədir-Xum bayramından FOTOLAR
Featured

21 Avqust 2019

Avqustun 19-da Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, ilahiyyatçı xanım Növrəstə İbrahimovanın və "Fatimə" jurnalının baş redaktoru Ruqəyya Aslanovanın təşkilatçılığı ilə Qədir-Xum bayramı geniş şəkildə qeyd edildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Növrəstə İbrahimova Qədir -Xumun fəlsəfəsi və islam tarixində tutduğu vacib yerindən danışıb: "Allahın ən böyük böyük bayramı olan müqəddəs Qədir-Xum bayramı münasibətilə ilə başda zəmanənin imamı Sahibəz-Zaman (ə.c.f) və dünyada olan insanlığın, azadlığın, ədalətin tərəfdarlarını təbrik edirəm.

Bu bayram islami bayramların hamısından üstün və böyükdür. Çünki burada Allah Quran ayəsi ilə öz peyğəmbərinə (s)özündən sonra ümmət (xalq) üçün rəhbər təyin etməsini təkidlə vacib olmasını buyurur.

Yəni xalqın talehi Allah üçün çox önəmlidir və onun taleh və müqəddəratı elmli, imanlı, insaflı, ədalətli bir rəhbərin öhdəsinə verilməlidir, əks təqdirdə xalq fəlakət uçrumuna yuvarlanar.

Bir sözlə, Qədir- Xum rəhbər seçimi və bu seçimdə haqq rəhbərlə beyət, həmin beyəti heç bir zaman unutmamaq fəlsəfəsidir. Belə bir böyük və möhtəşəm rəhbər seçimini hər il təqdirə layiq şəkildə qeyd etmək haqq rəhbəri ilə beyəti təzələmək və əhdə vəfalı olmağın mesajıdır. 

Bayraminiz mübarək olsun əziz haqq sevərlər!"

Daha sonra çıxış edənlər Qədir-Xum hadisəsinin tarixindən, bu hadisənin baş verdiyi dönəmin sosial-siyasi durumundan danışıblar. Qədir-Xum hadisəsini haqqın qələbəsi adlandıran çıxışçılar Həzrəti Əlinin islam tarixindəki şərəfli ömür yolundan danışıblar. Məclisdə ilahilər səsləndirilib.

Sonda bayram tortu kəsilib. Bayram tortunu simvolik olaraq inanclı məhbuslardan olan, hicab məhbusu Ruhulla Axundzadənin nəvəsi, siyasi məhbus Məhəmmədəli Axundzadənin oğlu Ruhulla Axundzadə ilə Növrəstə İbrahimova birlikdə kəsib.  

Arzu Arzu Abdulla Gulzaman Abdulla Gulzaman adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net