Print this page

"Mən Hüseyndən zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim"
Featured

10 Sentyabr 2019

Məşhur şəxsiyyətlərin Hz Hüseyn (ə) barədə dedikləri.

Lev Tolstoy -yazıçı: "Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı".

Çarlz Dikkens-Yazıçı: "Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər.Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir".

Mahatma Qandi- Hindistanın dövlət xadimi: "Mən İmam Hüseynin (ə) İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.Və mənə aydın olub ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsinlər".

"Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim".

"Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat ərzində əsarətdən xilas edərdim". 

Edvard Braun-Tarixçi: "Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar".

Tomas Karlayl -filosof: "Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar.Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur.Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi".

Boris Dokberi -yazıçı: "Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlmağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər".

Marbini -alman filosofu: "Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır.Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.” (Hüseyn (ə) xalq rəhbəri kimi, səh. 31)

Rajendra Prasad (Hindistanın ilk prezidenti: "İmam Hüseynin (ə) şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir."

Pyer Durtgi-Professor: "Biz qərbdə İmam Hüseyn fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir. Ancaq burada peyğəmbərin (s) yaxınlarından söhbət gedir. Onun ardıcıllarını öldürürlər. Bu nəinki zehinlərə, hətta hislərə də təsir edir.

Biz insanalara deməliyik ki, məsələ, rəqəm hesab və kitab məsələsi deyildir. O hər şeyini əldən vermişdir. Ancaq qələbə qazanmışdır. O, İmam Hüseyndir (ə)! Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ – İmam Hüseyni (ə) daha yaxından tanımaqdır. Bunu üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır. Bu o şeydir ki, bu gün əldən vermişik. İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etmişdir. Bu insanlığın sifətlərindən biridir. Bu, özünü Allah yolunda fəda etməkdir. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı".

Antonio Bara -məsihi keşiş: "Əgər Hüseyn bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq və minarə ucaldardıq və insanları xristianlığa dəvət edərdik".

Edvard Broun -Kembric universitetinin professoru: Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir".

Rabindrant Taqor-Ədəbiyyat üzrə nobel mükafatı laureatı: "Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi".

"İmam Hüseyn (ə) ən soyuq qəlbi də isidir".

"İmam Hüseyn (ə) bəşəriyyətin lideridir".

Cəvahirləl Neyru-Hindistanın ilk baş naziri: "İmam Hüseynin fədakarlığı dünyada bütün qruplar, cəmiyyət və toplumlar üçün haqq yolunun ideal nümunəsidir".

Ceyms Korn-Tarixçi alim: "Hüseyn və tərəfdarları səkkiz növ düşmənlə mübarizə aparırdılar.Onlardan dördü oxlar yağdıran Yezidin qoşunları idi, beşincisi qızmar günəş idi, altıncısı Kərbəlanın səhrası idi, yeddincisi aclıq, səkkizincisi isə susuzluq idi. Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı. Tarix boyu bugünədək heç kəs bu cür qəhrəmanlıq göstərməyib".

İqnaz Qoldziher yazıçı: "Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri zorakılıqla mübarizəni somvolizə edir".

Edvard Qibbon-İngilis yazıçısı, keçmiş parlament üzvü: "Hüseynin şəhid edilməsi səhnəsi hətta ən soyuqqanlı oxucuda da rəğbət oytamaq gücünə malikdir".

Məhəmməd Əmin Rəsulzadə-ADR rəhbəri

"Şükürlər olsun ki, məmləkətimiz indi İslam məmləkətidir. İndi biz könlümüz istədiyi kimi öz təziyət (matəm) ayımızı icra edə biləcəyiz, sərbəst əza saxlayacağız. Şükürlər olsun, bu günü gördük. Fəqət bu il əza günlərini ilərki kibi saxlamamalı, İmam Hüseynə (ə), həm İslamiyyətə və həm də hamımıza yaraşacaq dərəcədə saxlamalıyız. Orasını nəzərə almalıyız ki, bu neçə ayın müddətində bizim hər yer Kərbəla və hər gün Aşura olmuşdur.

Əgər biz daha artıq savab qazanmaq və şəriətimizi möhkəmləndirmək istəyiriksə, özün təziyəni ilər kibi saxayıb, lazımsız xərclər etməkdən özümüzü saxlamalı və o təziyənin rəsmiyyəti üçün qoyduğumuz zəhmət və xərcləri başqa xeyirli və İmam Hüseynin (ə) ruhunu şad edəcək yollara da sərf etməliyiz…

Mən yəqin bilirəm biz çəkdiyimiz xərcləri bu yolda sərf etsək, həm Allah, həm Peyğəmbər, həm Kərbəla Şəhidlərinin ruhu bizdən razı qalacaqdır..."

Tomas Musark: "Diqqət etsək, görərik ki, İsa Məsihin (ə) başına gələn bəlalar, Hüseynin Kərbəla müsibəti ilə müqayisədə, saman çöpünün dağla olan fərqi qədərdir".

Corc Cordak-yazıçı:"Yezid öz ata-babalarının bütün pis xüsusiyyətlərinin varisi və rəzillikdə onlardan da, artıq idi. O, iyrənc və mənfur sifəti ilə, fəsada, şeytan əməllərinə malik idi. Heç kim onun kimi əxlaqi-insani xüsusiyyətlərdən bəhrəsiz deyildi. Amma heç kəs, mənəvi və insani keyfiyyətlərinə görədə Kərbəla şəhidi Hüseyndən (ə) üstün ola bilməzdi. Yezid çirkin, ürəkbulandırıcı rəftarı ilə zəif iradəli, zülmkar, qan içən, qəddar, riyakar və xəbis bir şəxs idi. Hüseyn (ə) isə kəramətli, açıqürəkli, mərhəmətli, cəsu, əzm, azad iradəli, fədakar və ən əsası budur ki, vicdanlı insan idi".

İmam Xomeyni-Ali Dini Lider: "Bu gün dinimizdən əlimizdə qalan hər bir şey Aşuradandır".

Viktor Hüqo-yazıçı: "Hüseyn inqilabının prinsipləri öz əzilmişlərinin haqqını əldə etmək istəyən hər bir üsyançıya tanışdır".

Georq Lukas - filosof: "Hüseynin prinsipləri azadlıq xarakteri daşıyırdı və öz xalqını həyatda xoşbəxt etməyə yönəlmişdi. Müxalif hökumətə müqavimət göstərmək isə qüvvə və qətiyyət tələb edirdi. Hüseyn də buna qadir idi".

Antuan Baro-yazar: "Bəşəriyyətin tarixinin və müasir, nə də keçmişində elə bir döyüş yoxdur ki, insanda Kərbəlada Hüseynin əzabkeşliyi və döyüşkənliyi qədər heyrətdə buraxsın".

Freya Madelin Stark- Britaniyalı səyahətçi və yazar: "İslam dünyasında şiələr İmam Hüseynin xatirəsini əziz tutar və Məhərrəm ayının ilk 10 gününü onu ağlamaqla keçirərlər. O haradakı öz düşərgəsini qurub, necə düşmənlər onu mühasirəyə alıblar, onu suya yaxın buraxmayıblar: Bütün detallar o qədər canlıdır ki, sanki hadisənin üstündən 1257 il keçməyib. Kim həmin şəhəri ziyarət edir, hətta onun tarixini belə bilmədən inanın həqiqətən çox xeyirli olar. Bu tarix boyunca baş vermiş bir neçə hekayədən biridir ki, mən onları göz yaşlarımı saxlaya bilmədən oxuya bilmirəm".

Roberto Bolano Avalos-yazar: "Hüseynin Yezid tərəfindən öldürülməsi böyük siyasi səhv idi ki, bu da bəni Üməyyənın izsiz-soraqsız məhvinə səbəb oldu".

Vetenugrunda.az