Qurani Kərim təhriflə tərcümə olundu
Featured

13 Fevral 2020

Kral Fəhd adına Quran Nəşri Mərkəzi müqəddəs Qurani-Kərimi ivrit dilinə (yəhudi dili) tərcümə edib. Lakin bu tərcümədə 300-dən çox məqsədli xəta aşkarlanıb.

Belə ki, Quranda bir neçə dəfə təkrarlanan Həzrət Məhəmməd Peyğəmbərin (s) adına İvrit dilinə tərcümədə ümumiyyətlə rast gəlinmir. "Əl-Əqsa" sözü isə "Hərəm" kimi tərcümə olunub.

"Söhbət təhlükəli xətalardan gedir. Bu xətalar belə təəssürat yaradır ki, müqəddəs Qurani-Kərim - tarixə dair fundamentalist yəhudi şərhini təsdiqləyir", - deyə vurğulanır.

Xatırladaq ki, Kral Fəhd adına Quran Nəşri hər il 74 dildə 10 milyon Qurani-Kərim nüsxəsi nəşr edir.

Top
JoomlaLock.com All4Share.net