İbn Sinanın dərman buyurduğu müqəddəs meyvə-NAR

06 May 2017

Böyük təbabət alimi İbn Sina deyirdi ki, bal on dərdin, nar yüz dərdin, sarımsaq isə min dərdin dərmanıdır.

Bu gün oxucularımıza narın faydaları haqqında məlumat verəcəyik.

Narın hətta qabıqları da çox faydalı müalicəvi məhsuldur. Nar qabıqlarının tərkibində müxtəlif faydalı maddələr var (antioksidantlar, orqanik turşular, büzücü maddələr və s.). Bu səbəbdən nar qabıqları xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.

1. Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için.

2. Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Nar qabıqlarını çay kimi dəmləyin (1-ci reseptdə göstərilib) və gün ərzində qəbul edin.

3. Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir.

Nar suyu damar sağlamlığını təmin edir, ürəyi qüvvətləndirir, təzyiqi aşağı salır.
Öskürəyi dərhal kəsir.

Adətən bizdə narın meyvəsi yeyildikdən və ya suyu sıxıldıqdan sonra qabığı atılır. Çində isə son illərdə aparılan tədqiqatlar göstərib ki, narın qabığında suyuna nisbətən vitaminlər daha çoxdur.
Nar qabığının tərkibindəki möcüzəvi elementlər döş xərçəngini, həmçinin bütün növ şişləri əridir.
Nar qabığını dəmləyib içmək də olar.
Aparılan tədqiqatlara görə, nar qabığı xolesterini azaldır, beta hüceyrələrini artırır, diabet və ürək-damar xəstəliklərinə suyundan daha çox təsir edir.
Bu müalicə döş, yemək borusu, dəri, bağırsaq, prostat və mədəaltı vəzi xərçəngi ilə mübarizədə sınanılıb və yüksək effekt verdiyi məlum olub.
Bəs bu möcüzəvi nemətdən necə istifadə etməli?
Kölgədə və ya 40-50 dərəcə istilikdə qurudulan nar qabıqları ovulur. 100 qram qaynamış suya 2 qram nar qabığı atılır. Təxminən 10 dəqiqə qaynadılır və suyu hər gün çay əvəzi içilir.
Bu asan dəmləməni davamlı qəbul edin və başda ürək qüsurları, xərçəng və şəkər xəstəlikləri olmaqla, bir çox problemərdən özünüzü qorumuş olarsınız.
Qurudulmuş və parçalanmış nar qabığını üyüdüb toz halına salın, 1 çay qaşığı salatın və ya pendirin üzərinə töküb yeyin.

Top
JoomlaLock.com All4Share.net