Gecə yemək yeyənlər bu xəstəliyə tutulur
Featured

12 Noyabr 2017

Bir çox insanlar gecə saatlarında yemək yeməyi vərdiş edib.
Lakin bu olduqca ziyanlı vərdişdir. Tək ona görə deyil ki, kökəlməyə səbəb olur.

Meksika Universitetinin alimləri aşkar ediblər ki, gecə vaxtı yemək yeyən insanlarda ürək xəstəliklərinin və şəkərli diabetin riski artır.
Gecə vaxtı mübadilə prosesləri təbii olaraq ləngiyir, orqanizm dincəlir, bərpa olunur. Bu zaman qida qəbulu bu proseslərin pozulmasına səbəb olur.

Bu isə öz növbəsində bəzi xəstəliklərin riskini artırır.
Mütəxəssislərin fikrinə görə, son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Çox yeməkdən çəkinin, çünki insanı daşürəkli edər və bədən üzvlərini İlahi vəzifələri yerinə yetirmək üçün süstlük və tənbəlliyə çəkər, canın qulağını moizə eşitməkdən saxlayar və kar edər".

İnsan bədəninə mikroblar dörd tərəfdən daxil olar: hava, yemək, su və dəridən. Onun qarşısını almaq üçün heç bir yol yoxdur. Dərimiz bədənimizi qoruyan möhkəm qaladır və əgər zədələnərsə, misal üçün qaşınarsa, biz onu qaşıyarıq. Bu zaman yaralanan dəridən bədənə çox sayda mikroblar daxil olar. Bundan başqa, əgər biz yağlı yeməkləri çox yesək, dəri qatımızda piy qatları meydana gələr və zibili xatırladar. Nə zaman zibil uzun müddət qalar, iylənməyə başlayar. Bu piy qatları da çox sayda xəstəliklər üçün zəminə yaradar.
İnsan bu yağları oruc tutaraq əridə bilər. Əgər bu yağlar cəzb olunmazsa, ürəyə güc düşər və işi artar. Bundan başqa, böyrəklərə təsir edər. O zaman ki, ürək və böyrək xəstə olar, insanın ömrü qısalar. Ona görə də hər kim sağlam olmaq istəyirsə, gərək çox yeməkdən, xüsusilə, gecə yeməkdən çəkinsin.

Top
JoomlaLock.com All4Share.net