Xurmanı dondurub yeyin
Featured

29 Noyabr 2017

Bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Xurma mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsidir. Bu dadlı şərq meyvəsini uşaqlar da, yaşlılar da eyni dərəcədə sevir.
 
Bütün dünya xurma ilə 1855-ci ildə amerikalı admiral Metyu Perrinin 200 il qərblə təcrid olan Yaponiya səfərindən tanış olub. Perri ABŞ-a əliboş gəlməmişdi. O, bu gün hər kəsin sevdiyi xurma meyvələrini də özü ilə gətirmişdi. Latın dilindən xurma "Allah yeməyi" və ya "Cənnət meyvəsi" kimi tərcümə olunur.
 
Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.
 
Orqanizmə ünumi təsiri
Xurmada olan kaxetin və polifenollar iltihabönləyici və antinakterial xüsusiyyətlərə malikdir. Faydalı tərkibi sayəsində meyvə qrip və soyuqdəymə kimi mövsüm xəstəliklərindən orqanizmi müdaifə edir.
Narıncı piqment - beta-karotin isə tənəffüs sistemi orqanlarına müsbət təsir göstərir, xüsusilə də ağciyər iltihabını və bronxitin ağırlaşmasının inkişafına yol vermir.
 
Ürək-damar sisteminin xəstəliklərinə təsiri
 
Xurmanın tərkibindəki yüksək kalium və maqnezium ürək və damarların normal işini qorumağa kömək edir. Bu maddələr bədən üçün olduqca vacibdir, çünki ürək əzələsinin hüceyrələri maddələr mübadiləsində iştirak edir və onları enerji ilə təmin edirlər. Onlar miokard funksiyasını tənzimləyir, bu səbəbdən də xurma istifadəsi imkan verir ki, onu aritmiya və ürək çatışmazlığının təbii profilaktikası adlandıraq.
 
Sidik kisəsi xəstəliyinin müalicəsində
 
Xurmada olan maqnezium böyrəklərdə daşların yaranma ehtimalını azaldır, orqanizmdən natrium və duzu çıxartmağa kömək edir. Bu məhsul sidikqovucu və bir çox xüsusiyyətləri sayəsində bədəni tonusda saxlayır.
 
Anemiya
Xurmanın ləti bu xəstəliyin müalicəsinə yaxşı kömək edir, çünki onun tərkibində çoxlu sayda dəmir var. Meyvə xüsusilə dəmir elementi çatışmazlığından əziyyət çəkən gələcək analar üçün vacibdir.
 
Xərçəng əleyhinə
 
Xurma xərçəng yaradan hüceyrələrin inkişafına mane olur. Bu da meyvənin tərkibində hüceyrə strukturlarını dağıdan, azad radikallarla mübarizə apara biləcək çox güclü antioksidant olan beta-karotinlə izah olunur.
 
Əks təsiri
Piylənmə və şəkərli diabet
Xurmada çoxlu sayda şəkər olur, odur ki, artıq çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.
Üç yaşına qədər uşaqlar
Üç yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.
 
Allergiya
Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.
 
Kariyes
Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies riski böyükdür.
 
Bağırsaq işinin pozulması
Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.
 
Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.
 
Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı qamaşdırmır. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Yeri gəlmişkən, bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.
 
Xurmanın dondurulma qaydası
 
Əgər xurmanı bütünlüklə dondurmaq istəyirsinizsə, meyvəni əvvəlcə yuyun, sonra tam qurulayın. Hər xurmanı bir neçə qatdan ibarət qida klyonkasına büküb soyuducunun dondurucusuna səliqəylə yığın.
Təzə xurmanı ev şəraitində saxlamaq çox çətindir, ona görə də insanlar, bu meyvənin tədarükünün çoxlu variantlarını fikirləşib. Xurmanı üç növ saxlamaq olar: Təzə, dondurulmuş və qurudulmuş. Odur ki, təklif olunan üsullardan birini seçin, bədəni faydalı maddələr və vitaminlərlə təmin edin.(publika.az)
Top
JoomlaLock.com All4Share.net