Bitkilərlə müalicə necə aparılmalıdır? -ARAŞDIRMA
Featured

25 Yanvar 2018

"The Telegraph" qəzeti yazır ki, statinlər və antidepressantlar kimi dərmanları qəbul edən və ya xərçəng terapiyasında olan pasientlər dərman bitkilərindən istifadə etməməlidirlər.


Bir çox adamlar tibbi dərmanlarla yanaşı adi dazı və jenşen kimi ilk baxışdan ziyansız görünən təbii vasitələri də qəbul edirlər.

Lakin Cənubi Afrika Tibb Araşdırmaları Mərkəzində aparılmış təcrübələr tibbi dərmanlarla yanaşı bitki dərmanlarını qəbul edənlərin 28 faizinin səhhətinin ciddi təsirə məruz qaldığını göstərib.

Məlum olub ki, adaçayı, adi kətan, adi dazı, mərcanı, yaşıl çay və çobanyastığı kimi bitkilərdən hazırlanmış vasitələr ürək-damar xəstəlikləri zamanı qəbul edilən tibbi dərmanlarla təhlükəli reaksiyaya girə bilər.

Antidepressant qəbul edənlər və xərçəng terapisyasından keçənlərdə də dərmanlarla təbii vasitələr arasında təhlükəli reaksiyalar qeydə alınıb.

Alimlər bildirirlər ki, bir çox pasientlər bir qayda olaraq dərmanlarla yanaşı bitki vasitələrindən istifadə etdiklərini müalicə edən həkimlərdən gizlədirlər. Onların fikrincə, bundan xəbərsiz olan həkimlər tibbi dərmanlarla mümkün reaksiya haqqında da məlumatsız qalırlar.

Alimlər bildirirlər ki, belə halların mümkün fəsadları barədə pasientlərə ciddi xəbərdarlıq edilməlidir.

Britaniyadakı Exeter Universitetinin professoru Edzard Ernstin fikrincə, həkimlər öz pasientlərinə açıq və qəti şəkildə bildirməlidirlər ki, tibb dərmanları ilə bitki dərmanlarının bir yerdə qəbulu yolverilməzdir.

Professor bunu da əlavə edib ki, bitki dərmanlarının təsiri hələlik tam öyrənilməyib.(bbc)

Top
JoomlaLock.com All4Share.net