Xərçəngdən və yaddaşsızqlıqdan qoruyan tərəvəz
Featured

14 Fevral 2018

Lap qədim zamanlarda Azərbaycanda loğmanlar bir çox çətin sağalan xəstəlikləri adicə kələmlə sağaldırdılar. O cümlədən dəri xərçəngini də kələm təpitməsi ilə müalicə edirdilər.

Vetenugrunda.az minbir dərdin dərmanı olan kələmin faydalarını araşdırıb. Araşdırma zamanı o da bəlli oldu ki, kələm xərçəng xəstəliyini də müalicə edir. Amma kələmin bu qədər fayda verməsini istəyirsinizsə, o zaman onu çiy yeyin. 

Xüsusilə, arıqlamaq, artıq çəkidən xilas olmaq istəyənlər çiy kələmlə istədikləri nəticəni əldə edə bilərlər. Çünki kələmin tərkibindəki bəzi turşular piylərin parçalanmasıınıı və əriməsini tezləşdirir.

Arıqlamaq və piylərdən azad olmaq istəyən oxucularımıza xüsusi bir respt təqdim edirik:

Təzə cəfəri, kələm və təzə sıxılmış limon suyu. Hər biri yerli məhsul olmalıdır. Təzə və kiçik yarpaqlı cəfəriləri seçməlisiniz. Bazardan alacağınız kələm isə iri, yaşıl sarımtıl kələm olmalıdır. Təzə tərəvəzlər seçməlisiniz, istixana məhsulları bu müalicə üçün uyğun deyildir. Müalicənin ümumi məqsədi toxluq hissinin yaranmasıdır.

Ağ kələm ilə birgə istifadə edilən cəfəri və limon suyu sizi tox saxlayacaq. Yarım litr xlorsuz suyu qaynadın. Yaxşı olar ki, suyu buzladın, sonra buzun açıb istifadə edin. Bu daha keyfiyyətli su saylır. Kələm yarpaqlarından 4 dənəsini doğramadan, bir az parçalayaraq qaynayan suya atın.

Təxminən 3 dəqiqəyə kimi zəif odda ağızı bağlı olmaqla qaynadın. 3 dəqiqə sonra əlavə olaraq, yarım dəstə təzə, yaşıl və gövdə saplı cəfəri qatın. Burada 4 ədəd kələm yarpağına 20-25 ədəd cəfəri əlavə edilməlidir. Qarışmasını və ağızı bağlı şəkildə 2 dəqiqə müddətdə qaynamasını gözləyin və soyudun. Sonra tərəvəzləri sıxaraq suyunu süzün. Alınan suyu 3 yerə bölərək, hər dəfə içdikdə içinə 2x.q limon suyu tökün. Aç qarınına, ya da yeməkdən ən az iki saat sonra içilir. Bu məhlulu hər gün hazırlamanız lazımdır.

Bu məhlulu 7 gün qəbul edin, daha sonra 3 gün ara verin. 7 gün təkrar tətbiq edin, 3 gün təkrar ara verin və son olaraq 7 gün təkrar tətbiq edərək, cəmdə 21 günə tamamlayın. Müalicəni ildə 2-3 dəfə edə bilərsiniz. Yay aylarından başlasanız, özünüzü mövsüm dəyişikliyində gümrah hiss etmənizi də təmin edərsiniz.

Qeyd edək ki, kələm maqnezium və kaliumla zəngindir. Bu minerallar ürək-damar xəstəliklərinin qarşısını alır.

Kələm turşusunun tərkibində bağırsağın dostu olan bol miqdarda laktik turşu və probiotiklər var. Kələm turşusu çox yeməklə insanlar bağırsaq və mədə xərçəngi kimi xəstəliklərin qarşısını ala bilərlər.

Kələm turşusunda olan "izotiosiyanat"lar xərçəng hüceyrələrinin inkişafını əngəlləməyə yardımçı olur. Xüsusilə, döş, yumurtalıq və prostat xərçənginin qarşısını alır. Eyni zamanda, kələmin tərkibindəki antioksidantlar orqanizmdəki bakteriyalarla mübarizə aparır.

Kələm B6 vitamini ilə zəngindir. Bu vitamin beynin funksiyalarını qoruyur.

Kələm turşusunda ağrını azaldan üzvi komponentlər var. Mütəmadi istehlak edildiyi zaman bədəninizin hər hansı yerində ağrı əmələ gəlməsinin qarşısını alır. 

Top
JoomlaLock.com All4Share.net