İnanclıların hüquqlarını kim qoruyacaq? -KONFRANS-VİDEO
Featured

16 Fevral 2018

Azərbaycan Ziyalılar Birliyi, Qarabağın Azadlığı Uğrunda İslami Mqavimət Hərəkatı və Əsassız həbs edilmiş Dindarların hüquqların Müdafiə Komitəsinin birgə təşkil etdiyi mətbuat konfransı baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbirdə bir çox ictimai-siyasi təşkilatın nümayəndələri, media mənsubları, həmçinin siyasi məhbusların ailələri, yaxınları və dindarlar toplanıb.

Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev tədbiri açaraq bildirib ki, hazırda zindanda olan AİP sədri Mövsüm Səmədovla görüşüb: "İnsan Allahla olanda onda daxili harmoniya olur və onlar bu daxili harmoniya ilə yaşadıqları üçün məhrumiyyətlər gözlərinə görünmür. Onda gördüyüm daxili mübarizə əzmi məni yaxşı mənada təəccübləndirdi. O, hamıya salam dedi. Ölkədə baş verən sosial, ictimai, psixoloji hadisələrdən tam xəbərdardır və mütəmadi olaraq informasiya alır."

E.Quliyev daha sonra, "əgər həbs olunan 160-dan artıq siyası məhbusun 100-ü dindar qardaşlarımız, inanclı kəsimin nümayəndələridirsə, deməli nəsə eləmək lazımdır. Bunu müzakirə etmək üçün bura toplaşmışıq" deyib.

Tədbirdə çıxış edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli siyasi məhbusların əslində siyahıdakından qat-qat artıq olduğunu bildirib: "Azərbaycanda saxta ittihamlarla, şərlə, sifarişlə həbs olunan insanlar var. Məsələ bundan ibarətdir ki, əgər ölkədə hüquq nonsesdirsə, hüquqi müstəvisi yoxdursa, mən ədaləti hansı formada bərpa etməliyəm necə təmin edə bilərəm.

Burada saxta iftiralarla siyasi məhbus həyatı yaşayan az adam yoxdur. Bu ölkədə istənilən şəxsə istənilən maddəylə cinayət işi açıla bilər. İslam həmrəyliyi olan ölkədə inanclılara 500 ildən artıq iş verilir. Ruhani namaz qıldığına görə cəza alır. Əgər məhkəmə sistemi hüquqa yox, sifarişə söykənirsə, bu problemi vətəndaş hansı formada həll etməlidir?"

Tədbirdə həmçinin Milli Şuranın üzvü, iqtisadçı ekspert Vahid Məhərrəmli, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli, keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, Hilal Məmmədov, Nardaran olayları zamanı şərlənərək həbs edilən Abbas Hüseynin anası Rəhimə xanım, Ağaəli Yəhyayevin bacısı Elnaraə xanım, Səid Dadaşbəyli qrupunda həbs edilən Ceyhun Əliyevin həyat yoldaşı Güney xanım və digər iştirakçılar çıxış ediblər.

Top
JoomlaLock.com All4Share.net