Hər gün yumurta yeyin
Featured

03 Aprel 2018

Hər gün 2 yumurta yemək vacibdir.

Təkcə uşaqlara deyil, bütün yaşlarda yumurta yemək orqanizmi kalsium ilə təmin edir.

Yumurta D vitamini ilə zəngindir. D vitamini sümüklərin deformasiyaya uğramasının qarşısını alır. Yumurta yedikdə insanın dişləri, sümük sistemi daha yaxşı və möhkəm olur. Səhər yeməyinə yumurta yeyən adamın gün boyu enerjisi də çox olur.

Yumurtada olan aminturşuları, A, B, D, B12 vitamini, yod, sink, kalsium, maqniy, dəmir və minerallar çox dərmanları əvəz edə bilər.

Xüsusən vitaminsiz olan insan üçün vacibdir. Yumurta adamı kökəltmir. Görmə orqanlarına xeyirlidir. Çünki yumurta sarısında olan lutein kataraktanın qarşısını ala bilir.

Yumurtada ətdəki qədər zülal vardır. Ət yeməyib, 2 ədəd yumurta yeməklə orqanizmin sutkalıq zülal ehtiyatını ödəmək olar. Zülal təzyiqi nəzarətdə saxlamaq üçün vacibdir. Yumurta ürək-qan samar sistemi üçün də əhəmiyyətlidir.

Top
JoomlaLock.com All4Share.net