Xardal beyin fəaliyyətini gücləndirir
Featured

18 Oktyabr 2018

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər.

Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır.

Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.

Xardal damarların sağlamlığına da müsbət təsir edir - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır.

Xardal güclü afrodiziakdır, qadın və kişilərdə libidonu (cinsi meyl) artırır.

Xardalı istənilən ət yeməkləri, kartof qızartması ilə yemək olar.

Xalq təbabətində xardaldan geniş istifadə edilir.

1) Ayaqların yorğunluğunda

Ağrıkəsici və sakitləşdirici vanna: 2 xörək qaşığı xardalı 2 litr qaynar su ilə qarışdırırb ayaqları 30 dəqiqə ərzində həmin suda vanna etmək lazımdır.

2) Boğaz ağrısında

Bir qədər limon şirəsi, 1 çay qaşığı duz, 1 çay qaşığı bal, ½ çay qaşığı xardaı və 100 ml isti su qarışdırırlır. Gün ərzində 4-6 dəfə alınmış məhlula boğaz qarqara edilir.

3) Haymoritlər və burun axmasında

Parçanı isti suda isladıb quru xardala batırın və onu brunun üstünə və ya qaşların arasına qoyun.

4) Çiyində ağrı, artrit, burxulmalarda

Xardal ilə müalicəvi vanna: Qaynar suya 220 qr quru xardal tozunu tədricən tökün, yaxşı qarışdırın. Xardal vannasını 20 dəqiqə müddətində qəbul edin.

Top
JoomlaLock.com All4Share.net