Bütün ömrünüzü sağlam yaşamaq üçün bu qidaları yeyin
Featured

02 Noyabr 2018

Gül kələmi:

Qaraciyər üçün faydalıdır. Kalsium, A, C və E vitaminləri ilə zəngindir. Antioksidant təsiri vardır.

İspanaq:

Hüceyrələri yeniləyir. Fol turşu, C vitamini, kalium və maqnezium ilə zəngindir.

Qarpız:

A, C vitamini və yüksək miqdarda likopendən ibarətdir. İnfeksiya və sərbəst radikalları azaltmağa yardımçı olur.

Qırmızı bibər:

C vitamini anbarıdır, beta-karoten ilə zəngindir. İmmunitet sistemini gücləndirməsindən əlavə, sağlam bir dəriyə və gözlərə sahib olmağımızı təmin edir.

Kivi:

Fol turşusu, kalium, K və C vitaminləri ilə zəngindir. Tənəffüs sistemini, xüsusilə soyuqdəymə sonrası yaranan öskürəyi əngəlləyir və xırıltılı nəfəs almaqdan qoruyur.

Sarımsaq:

Sarımsağın xərçəng əmələ gəlməsini əngəlləyici bir təsiri vardır. Həmçinin o xolesterin və qan təzyiqini aşağı salır. 

- Sarımsaq qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

- Sarımsaq təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirinə malikdir. Bu tərəvəz əsl təbii "anbiotik"dir. Soyuqdəymə xəstəlikləri zamanı sarımsaq çox faydalıdır.

- Sarımsaq bağırsaqlara çox müsbət təsir edir. Burada gedən çürümə və qıcqırma proseslərlə fəal mübarizə aparır, bağırsaqlarda yaşayan ziyanlı mikroblar və bakteriyaları yox edir. Alimlər təsdiq edirlər ki, sarımsaq stafilokokk və xelikobakter pilori kimi ziyanlı bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Nəzərinizə çatdıraq ki, xelikobakter pilori qastritin və mədə və 12 barmaq bağırsağı xora xəstrəliklərinin inkişafında əsas rol oynayır.

- Sarımsaq insan orqanimində yaşayan parazit qurdları məhv edir.

Soğan:

Tərkibində 100-dən çox kükürd birləşmələr var. Bunlar tək bizə məlum olan qoxuya məsul deyil, həm də müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında intoksikasiya üçün əla vasitə ola bilər.

Laboratoriya sınaqları göstərib ki, soğanın tərkibindəki kvertsetin maddəsi orqanizmi allergiyaya səbəb olan histaminlərin ifrazından qoruyur.

Soğanın sarıköklə birlikdə qəbulu xərçəngin yaranmasının qarşısını ala bilər. 2006-cı ildə aparılmış araşdırmaların nəticəsində məlum olub ki, onların birgə təsiri xərçəngdən əvvəlki hissəciklərin sayını azaldır.

Top
JoomlaLock.com All4Share.net