Fransa onkoloqu: "Müsəlman qaydasıyla kəsilmiş ətdə xərçəng riski azdır"
Featured

24 Noyabr 2018

"Kəsilən heyvanın daha çox qanını buraxmaqla ətin toksikliyi də bir o qədər çox azalır..."

Alimlər İslam və yəhudi dini(iudaizm) tərəfindən təyin edilmiş üsullarla kəsilmiş heyvanların ətinin yeyilməsindən xərçəngə tutulma ehtimalının az olması qənaətinə gəlməkdədirlər.

Bu haqda Fransanın "France 2" telekanalına müsahibəsində dünya şöhrətli onkoloq, Paris xəstəxanalarından birinin onkologiya şöbəsinin baş həkimi, professor David Hayat danışıb.

Onkoloq qırmızı ətin bir sıra xəstəliklərin "günahkarı" olduğunu, ürək-damar xəstəliklərini və xərçəng riskini artırdığını bildirib. Tibb alimi ətin qırmızı rənginin tərkibində oksigenin ciyərlərdən toxumalara çatdırılmasında məsul olan "hemoqlobin" adlanan bir proteinin olması ilə ilə izah olunduğunu xatırladıb.

"Hemoqlobinin tərkibində dəmir var. Bu dəmir molekülü isə bir kanserogendir(xərçəng törədə biləndir). Beləliklə, demək olar ki, kəsilən heyvanın daha çox qanını buraxmaqla ətin toksikliyi də bir o qədər çox azalır. Maraqlıdır ki, İsraillilər və müsəlmanlar "koşer" və "halal" adlanan ət kəsimi qaydaları ilə bunu edirlər. Bəlkə də həmin ritualların mənası məhz bundadır ", - deyə məşhur onkoloq-professor vurğulayıb.

Картинки по запросу давид хаят

David Hayat

P.S. Təəssüf ki, son vaxtlar bir sıra İslam ölkələrində, o cümlədən Azərbaycanda da özlərini müsəlman hesab edən sakinlər gündəlik yedikləri qidanın, o cümlədən ətin halal-haram olmasına, necə kəsilməsinə laqeyd yanaşırlar.

Bundan istifadə edən kəsim müəssisələri və ayrı-ayrı qəssablar da heyvanları çox pul qazanmaq həvəsi ilə tələm-tələsik, necə gəldi, "bissimillah"sız, qibləsiz-filansız kəsirlər. Halbuki, artıq, gördüyünüz kimi, Qərb alimləri sözügedən kəsim rituallarının mənasız olmamasını təsdiqləyirlər...(moderator24.com)

Top
JoomlaLock.com All4Share.net