Gözəllik iskiri, min dərdin dərmanı-XURMA
Featured

28 Dekabr 2018

Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır

Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.

Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.

Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii "dərman" kimi istifadə oluna bilər.

Dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.

Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari vəzinin fəaliyyəti üçün xeyirlidir, insanın zehni fəaliyyətini stimullaşdırır, iş qabiliyyətini artırır.

Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.

Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.

Xurma böyrəklərin yuyulmasına yardım göstərir, onların daha yaxşı işləməsini təmin edir. Böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır. 6-7 ədəd xurma parçalanaraq bir stəkan suya qoyulandan bir neçə saat sonra süzülər və isidilərək gündə iki dəfə içilər. Bu 15 gün edilsə böyrək daşlarını yox edər.

Mütəxəssislər xurmanın ac qarınına yeyilməsini məsləhət görürlər. Həmçinin qabıqlarında və tumunda da bol miqdarda vitamin olduğunu söyləyirlər. Toxumunun da sovurulmasını tövsiyə edirlər.

A vitamini ehtiva edən xurma, gözləri qüvvətləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəklərinin qarşısını alır. Xurma göz sinirlərini qüvvətləndirir.

Qəhvə və yağ qandakı xolesterolun yüksəlməsinə səbəb olur. Ərəblər bol miqdarda qəhvə içirlər və araşdırmalarda ərəblərdə bu xəstəlikdən əsər olmadığı ortaya çıxmışdır. Bunun səbəbini araşdıran mütəxəssislər, ərəblərin qəhvə və digər içkilərin yanında mütləq xurma yediklərini də öyrənmişlər.

Meyvə olaraq ən yaxşı sinə dərmanı xurmadır. Xurma bəlğəmə, nəfəs borusuna və öskürəyə qarşı istifadə olunur. Xurma, qan damarlarını yumşaldar və damar sərtliyinin qarşısını alar. Ayrıca qanı təmizləyər və təzyiqi də nizamlayar.

Bundan əlavə bu meyvə kosmetologiyada uğurla istifadə olunur. Sizə tərkibində xurma olan bir neçə maska resepti təqdim edirik.

— Xurmanın ətini əzib üzünüzə maska şəklində vurun. Bu sadə maska dərininizi daha cavan və parlaq edəcək.

— Üz dərisində olan məsamələri kiçildmək üçün 1 xurmanın ətini 1 yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun.

— Skrab resepti: 1 dənə xurma + 1 x.q. düyü unu.

— Qidalandırıcı maska: 1 dənə xurma + 1 ç.q. bal + 1 ç.q. kərə yağı + bir neçə damcı limon şirəsi.

Top
JoomlaLock.com All4Share.net