8 gün ərzində 2305 nəfərdə qızılca xəstəliyi aşkarlanıb
Featured

09 Yanvar 2019

Son 8 gün ərzində Ukraynada 2305 nəfərdə qızılca xəstəliyi aşkarlanıb.
Yanvarın əvvəlindən Ukraynada 2305 nəfər qızılca xəstəliyinə tutulub. Onlardan 966-sı böyük, 1339-u isə uşaqdır. Uşaqlardan biri qızılcadan həyatını itirib. Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qızılcanın yayıldığı bölgələrdə xəstəliyə qarşı vaksinasiya işi olduqca zəifdir.

Qeyd edək ki, 2018-ci ildə 54 min 481 nəfər qızılca xəstəliyinə tutulmuşdu. Bunlardan 20 min 204 nəfəri böyük, 34 min 277-si isə uşaqdır. Ötən il qızılca xəstəliyi səbəbindən 16 nəfər həyatını itirib.(virtualorg.az)

Top
JoomlaLock.com All4Share.net