"ABŞ Ukrayna və Gürcüstanda hərbi laboratoriya yaradıb"-VİDEO
Featured

16 Yanvar 2019

2018-ci ildə Rusiya alimləri ABŞ-ın Ukraynada və Gürcüstanda hərbi laborotoriyalar yaratması haqqında həyacan siqnalı verdi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu günlərdə Gürcüstanda donuz qripi virusunun yayılması ilə bu mövzu yenidən gündəmə gəlib. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev "ABŞ Ukrayna və Gürcüstanda hərbi laboratoriya yaradıb" deyə, yenidən bu olayı xatırlatdı: "ABŞ Ukrayna və Gürcüstan da daxil olmaqla dünya miqyasında 200-dən çox hərbi-bioloji laboratoriya yaradıb".

Rusiya rəsmisi bildirib ki, ABŞ-ın yaratdığı bu laborotoriyalar sülhə xidmət etmir: "Bəzi ölkələrin yeni nəsil bioloji silah üzərində çalışdığını təxmin edirik. Bu laboratoriyaların fəaliyyətinin sülhə dəxli yoxdur. Ən böyük narahatlıq da bu laboratoriyada insanlar üzərində eksperiment aparılmasıdır".

Top
JoomlaLock.com All4Share.net