Şişlərin qarşısını alan qidalar
Featured

10 Aprel 2019

Əgər orqanizmdə hər hansı orqanda şiş aşkar olunubsa, onunla mübarizədə əsas məsələ şişin metastaz verməsinin, yəni yayılmasının qarşısını almaqdır.

Medicina.az çoxsaylı təfqiqatlarla təsiri sübuta yetirilmiş antimetastaz maddələrin siyahısını təqdim edir:

1.Ursola turşusu
2.D vitamini
3.Sarıkök
4.Sulforafan
5.Kversetin
6.Apiqenin

İndi isə baxaq görək bu maddələr nədir, hansı qidalarda yerləşir, necə əldə edə bilərik?

1.Ursolon turşusu – bitki yağıdır. Bir çox otlarda, reyhanda, alma qabığında, qarağatda olur.
Bu turşu mədəaltı vəz, uşaqlıq yolu, bağırsaq və süd vəzi xərçəngi müalicəsinə daxil olunub.

2.D vitamini – xərçəng əleyhinə zülalın hasilatı üçün çox vacibdir. Gündəlik D vitamini dozasını normal alan insanlarda şiş hüceyrələri inkişaf etmir. D vitamini insanı xərçəngin 16 növündən qoruyur. Bu vitamin yeganə vitamindir ki, onu insanın özü də istehsal edə bilir. Bundan ötrü kölgədən çıxıb, günəşin altında gəzmək, qaralmaq vacibdbir.

D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.

Vitamin D2 və D3 formalarda rast gəlinir. Erqosterinlər ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir.

D vitamini döş, prostat, yoğun bağırsaq, mədəaltı vəzi, mədə, yumurtalıq, öd və sidik kisələri, düz bağırsaq, böyrək və digər orqanlardakı bədxassəli şişlərdən qoruyur. 

Məsələn, mütəxəssislər güman edirlər ki, D vitamini qandakı şişlə qidalanan damarların yaranmasını azaldır, xərçəng hüceyrələrinin çoxalmasını stimullaşdıran genlərə təzyiq göstərir, xərçəngə qarşı müdafiədə böyük rol oynayan immuniteti stimullaşdırır.

Yoğun bağırsaq, döş, yumurtalıq və prostatdakı xərçəng xəstəlikləri ilə bağlı bütün tədqiqatları araşdıran alimlər  gün ərzində 1000 BV-dək D vitamini qəbul etməyi məsləhət görür. Bu ədxassəli şişlərin mümkün inkişafının qarşısı alır. 

Bundan başqa, D vitamini şəkərli diabetin hər iki tipindən, ürək və yoğun bağırsaq xəstəliklərindən, hipertoniya, vərəm və sklerozdan müdafiə edir. O, həmçinin oynaq xəstəliklərinin axışını yüngəlləşdirir. Son tədqiqatlar bu vitaminin saçları möhkəmlətdiyini də ortaya qoyub.

D vitamini yalnız xroniki bronxitdən deyil, astmadan əziyyət çəkən xəstələrdə də nəfəsalma funksiyasının pozulmasının qarşısını ala bilir.

D vitamini defisiti (çatışmazlığı) ilk növbədə yaşı 45-i keçən insanları təhdid edir - yaş ötdükcə bu vitaminin bağırsaqlarda sorulma prosesi pozulur.

Odur ki, yaşlı adamlar D vitaminini sutkada ən azı 800 BV dozada qəbul etməlidirlər.

D vitamini bol olan qidalar: İnək ciyəri (100 qram) - 15-50 BV

Mal əti (100 qram) - 7-20 BV

Yumurta (sarısı) - 20 BV

Süd (1 stəkan) - 100 BV

Sardina (siyənək fəsiləsi, 30 qram) - 250 BV

Somğa (syomqa, 90 qram) - 360 BV

Treska ciyərinin yağı (1 ç.q.) - 1360 BV

3.Sarıkök – immunitet üçün olan bütün müasir preparatların tərkibində var. Güclü antioksidantdır. Şişlərin nekrozu faktorunu blok edir. Uşaqlıq, ağciyər, süd vəzi, qan xərçəngində metastazların qarşısını ala bilər. Sarıkökü yeməklərdə, içkilərdə istifadə edin.

Çox qədim zamanlardan bəri sarıkök bir çox xərçəng xəstəlikləri ilə mübarizədə güclü təsirə malikdir. Sarıkök xərçənglə yanaşı, yaşlılarda rast gəlinən Alzaymır xəstəliyi riskini də azaldır. Antibakterial xüsusiyyətinə malik olan sarıkökdən dəri xəstəliklərində istifadə edilir. Tərkibində olan antioksid maddə sayəsində orqanizmdəki zərərli maddələrdən xilas olmağa kömək edir. Qanı təmizləyərək damar tutulmasının qarşısını alır. Bunun sayəsində infarkt riskini də azaldır. Yel xəstəlikləri (revmotizm), diabet, xolesteril kimi xəstəliklərə kömək edir. Eyni zamanda dietoloqlar arıqlamaq istəyən insanlara bu bitkini məsləhət görürlər.

Xərçənglə mübarizədə əvəzsizdir. Daha çox döş, dəri və prostat xərçənginin qarşısını almaqda əvəzsizdir. 

Sarıkök diabetdən əziyyət çəkən insanları sağaldır, qan şəkərini sağlam bir səviyyədə saxlayır, xolesterini tənzimləyir, immuniteti gücləndirir. 

Tərkibində olan lipopolisakarit maddəsi iltihab, bakteriyalara qarşı çox təsirlidir. Əgər soyuqdəymə, öskürək və qripdən əziyyət çəkirsinizsə, bir stəkan ilıq südə bir çay qaşığı sarıkök qarışdırıb için. Sarıkök eyni zamanda maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa, şişkinliyin aradan getməsinə səbəb olur.

Beyində oksigen artımını tezləşdirən sarıkök, atədən yaşlı adamları yaxalayan alzaimer xəstəliyinin qarşısını alır, beyin fəaliyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir.

Sarıkök qaraciyər xəstəliklərinə qarşı qoruyucudur.

4. Sulforafan – sərbəst radikalların bir yerə toplaşıb, şişə çevrilməsinin qarşısını alır. İltihabı azaldır. Mədə, bağırsaq, süd vəzi xərçəngində metastazın qarşısını alır. Bu maddə brokkoli, gül kələmində çox olur.

5.Kversetin – super antioksidantdır. Antixərçəng təsir edir. Soğanda, yaşıl çayda, vişnədə, kakao, alma, cəfəri, sürvə, böyürtkəndə çox olur.
Qidanızda yüksək miqdarda kversetin olsa, xərçəng hüceyrələrinin baş qaldırmasına mane olacaq.

6.Apigenin – flavonoiddir, şişin yeni toxumalara yayılmasının qarşısını alır. Orqanizmi toksinlərdən təmizləyir. Mədə, böyrək, qaraciyər, qanın sağlamlığını qoruyur. Bu maddə çobanyastığında, soğan, qreypfrut, portağal, cəfəridə boldur.

Top
JoomlaLock.com All4Share.net