Tofiq Fərəcov qara yaranın deyil, həkim səriştəsizliyinin qurbanı olub-VİDEO
Featured

31 İyul 2019

İyulun 29-da 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişən 1950-ci il təvəllüdlü Sabirabad sakini Tofiq Heybət oğlu Fərəcovun yaxınlarının vetenugrunda.az-a verdiyi xəbərə görə, o, əlində və dirsəyində çıxan yaralarla bağlı Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə müraciət edib. Həkimlər xəstəliyin səbəbini tapa bilməyib. 

İnfeksion şöbənin müdiri Fazil Əliyev xəstədə qara yara olmasını etimal edib və onu qan analizi üçün İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Vəziyyəti ağır olan Tofiq Fərəcov bərbadlığı ilə məşhur olan Sabirabad-İmişli yolunu gedənə qədər vəziyyəti daha da pisləşib. Əslində İmişli Rayon Taun Əleyhinə Stansiyaya xəstədən götürülən qan nümunələri göndərilməli olduğu halda, həkim Fazil Əliyev xəstənin özünü birbaşa İmişliyə göndərib. 

Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Onu yenidən Sabirabada qaytarıblar, daha sonra Bakıya gətirmək qərarına gəliblər. İyul ayının 25-də Sabirabad bazarında qəssab Malik kimi tanınan şəxs və bazara ət daşıyan Tofiq Fərəcovu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

İyul ayının 29-u Tofiq Fərəcov xəstəxaada dünyasını dəyişib. Malik isə hazırda ağır vəziyyətdədir və müalicəsi davam edir.

Vetenugrunda.az-a verilən məlumata görə Tofiq Fərəcovun bacısı həkim Fazil Əliyevə zəng edərək qardaşının ölümündə onun da günahkar olduğunu bildirib. Fazil Əliyev mərhumun bacısını təqhir edib və "hara istəyirsən get şikayət et" cavabını verib. Mərhumun yaxınları isə həkimlərin səhlənkarlığı ilə bağlı şikayət edəcəklərini bildiriblər. 

Yaxınları bildirib ki, Tofiq Fərəcov Sabirabad bazarına ət daşıyırmış. O, xəstələnməzdən bir-nçə gün öncə evinə ət gətirib. Ətin rəngi evdəkilərin xoşuna gəlməyib: "Ət qapqaraydı və bişərkən çox pis qoxusu gəlirdi". 

Lakin Sabirabad bazarında çalışanlar iki həftə öncə yanmış və ya yandırılmış (hər halda bu hadisə hələ də şübhəli suallarla doludur və istintaqın başlamasını, daha doğrusu nəticəsini gözləyir) Əmin marketin üfunətli, milçəklərin qaynaşdığı xarabalığa dönmüş qalıqlarının əsl infeksiya mənbəyi olduğunu iddia edirlər. Onlar bu xarabalığın rayonda təkcə qara yara deyil, eyni zamanda digər xəstəlikləri yayacağından da qorxurlar. Lakin 16 gün öncə yanmış marketin yerləşdiyi ərazi hələ də təmizlənmir. Səbəb kimi isə istintaq başlayacağını deyirlər. Bəs istintaq niyə başlamır? Kimi və ya nəyi gözləyir?

Sabirabad bazarında 16 gün öncə yanmış Əmin marketin qalıqları

Qeyd edək ki, el arasında qara yara deyilən infeksion xəstəlik elmi dildə Sibir xorası adlanır və bu virus əslində təbiətin deyil, insanın yaratdığı bəladır. Qara yara xəstəliyi xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Amma bu xəstəliyə tutulan heyvandan insana keçir. Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, Sibir xorası 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. 

Top
JoomlaLock.com All4Share.net