İbn Sina: "Uşaqlara meyvə şirəsi içirtməyin"
Featured

03 Avqust 2019

Qərb qaynaqlarında "həkimlərin piri" adlandırılan İbn Sina xəstələrini daha çox bitkilərin şəfalı gücü ilə sağaltmağa üstünlük verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sinanın min il əvvəl qələmə aldığı "Kiçik Tibb Qanunu" kitabında yazılan reseptlər bu gün də bir çox xəstəliklərin müalicəsində istifadə edilir.Onun müəllifi olduğu "Balaca tibb qanunu" kitabında tövsiyə etdiyi qidalar hər dərdin dərmanı hesab edilir. Kitabda maraqlı məlumat var. Məsələn kitabın bir yerində deyilir: 1-17 yaşında hazır meyvə suları içməyin

"Ana uşağı süddən kəsdikdən sonra qidalara yönəlir. Bu zaman uşağı qidalandırmağa yeməklərin ən yüngül və həlimilə başlamalı, tədricən ağıra doğru getmək lazımdır. Lakin 7 yaşından 14 yaşına çatana qədər uşağa meyvə şirəsi içirtmək olmaz. Çünki bu, beyin və sinir sistemini zəiflədir". 

İbn Sina çox yatanları da vaxtında oyanmağa səsləyir: 

"Yuxu orqanları sakitləşdirir və yeməklərin həzminə köməklik edir. İnsanı və nəfsini qoruyur. Bədəndəki təbii hərəkətlər yuxu ilə inkişaf edir. Lakin çox yatmaq orqanizmi soyudur, insanı keyləşdirir, üzü qurudur. Yuxusuzluq isə bədəni qurudur, enerjinizi alır, temperamenti pozur. Yuxusuz qalmaq zehni yorğunluğa gətirib çıxarır".

Nəfəs darlığı, təngənəfəslikdən əziyyət çəkənlərə də böyük loğmanın məsləhəti var. İbn Sina 1000 il əvvəl astmaya qarşı bu şəfalı bitkiləri təklif edib: "Bir kimsə gəzərkən nəfəs darlığı, təngənəfəslik və sinəsində ağrı hiss edərsə, ona bişirilmiş quru dərman çödükotu verilir, ada soğanı, gəvən, sarı əncir, qabıqsız badam bal ilə birlikdə içirilir. Qoz yağı ilə birlikdə noxud suyu və isti su içirilir, şüyüd yedirilir".

Böyrək daşlarından narahat olanlar isə İbn Sinanın aşaıdakı məsləhətinə əməl etməklə bu narahatçılığa son qoya bilər: 

"Böyrəklərdə şiddətli ağrıların və sidik kisəsində qum yığılmasının səbəbi böyrəklərdə yaranmış daşlardır. Xəstəyə bu dərmanlardan biri verilir: Qabıqsız qarpız çəyirdəyi, üyüdülmüş üzüm çəyirdəyi, kərəviz və ya cirə toxumu. Tikan çəkirdəyi, gülxətmi toxumu, üyüdülmüş molehiya toxumu təzə və turşməzə alkoqolsuz içkiylə birlikdə əzilərək içilir. Ağır yeməklər və süd məhsulları qadağan edilir, acı badam yağı ilə qara noxud verilir".

İbn Sina eyni zamanda bəzi qidaların qəbul edilməsinin vacibliyini diqqətə çatdırır. Həmin qidalardan bəzilərinin faydalı xüsusiyyətlərini təqdim edirik:

Xurma

Mədəyə faydalıdır. Qan artımında əvəzedilməzidir.

Kişmiş

Oynaq ağrılarınız varsa, mütləq kişmiş yeyin.

Sarımsaq

Təbii antibiotik kimi tanınan sarımsaq, həmçinin bel ağrılarının da dərmanıdır.

Gülkələm

Qaraciyərinizin daha yaxşı işləməyini istəyirsinizsə, gül kələm yeyin.

Süd

Yorğun və gərgin iş həyatınız varsa, süd içməyi unutmayın.

Keşniş

Güclü ürək döyüntüləriniz varsa, keşniş yeyin.

Top
JoomlaLock.com All4Share.net