Qaraciyər yağlanmasının səbəbləri
Featured

21 Avqust 2019

Günümüzdə ən çox rastlanan xəstəliklərindən biri də qaraciyər yağlanmasıdır. Bu xəstəlik özüylə bərabər bir çox xəstəliklərə: civzə, akne, şişkinlik və iltihaba səbəb olur.

Qaraciyər bədənin zəhərli toksinlərdən təmizlənməsinə köməkçi olan orqanlardan biridir. Zərər gördüyü halda orqanizmdə qaraciyər yağlanması kimi ciddi xəstəliklər yaranır. Buna görə də mütəxəssislər qaraciyərin funksionallığını artırmaq üçün orqanik və sağlam qidaları istehlak etməyi məsləhət görürlər.

Xüsusilə trans yağ və karbohidratlarla zəngin olan qidalar qaraciyərin deformasiya olunmasının ehtimalını artırır. Qaraciyər yağlanması xəstəliyinin erkən diaqnozu olduqca çətindir. Bu xəstəlik insan orqanizmində olduqca gizlin irəliləyir. Xəstəlik müalicə edilmədiyi təqdirdə, iltihablı qaraciyər yağlanması, hepatit və serroz kimi xəstəliklərin yaranma riskini artırır. Bu xəstəliyin yaranmasının başlıca səbəbləri düzgün qidalanmamaq, sürətli şəkildə arıqlayıb, kökəlmək, "fast-food" qidaların mütəmadı istifadəsi, siqaret, spirtli içki qəbulu və bəzi dərman preparatlarının əks təsiri ola bilir.

Əlamətləri:

- Qaraciyər yağlanmağa başladıqda qarının aşağı hissəsində şiddətli ağrılar yaranır;

- Anidən arıqlamaq, gücsüzlük və yaddaşsızlıq halları baş verir;

- Dəri deformasiyaya uğrayır yəni, üzdə normadan artıq akne və civzələr yaranır;

- Yaddaşsızlıq yaranır;

- Tərləmə zamanı spesifik qoxu yaranır. Eyni zamanda bədəndə ki, toksinlər artdıqda nəfəsdən pis qoxu gəlir;

- Ürək bulanma və gözdə olan qızartılar da bu xəstəliyin əlamətlərindəndir.

Qaraciyər yağlanmasını dərman-preparatları tam olaraq müalicə etmir. Bu xəstəliyin qarşısını almaq üçün mütəxəssislər gün ərzində 1 fincan şəkərsiz qəhvə içməyi məsləhət görürlər. Bundan əlavə, bu xəstəlikdən əziyyət çəkənlər həyat tərzini dəyişməli, bol miqdarda su istehlak etməli, meyvə-tərəvəzdən mütəmadi istifadə etməlidirlər.


Qaraciyəri yağlardan təmizləyən 3 effektiv içki reseptini təqdim edirik:

1. 1 ədəd limon, 1 bolqar bibəri, 1 yaşıl alma, 1 təzə xiyar – şirəsi çəkilir, dərhal da içilir. Əgər gündə 1 stəkan bu şirədən 12 gün içsəniz orqanizm və qaraciyər toksinlərdən təmizlənəcək.

2.Limonun yarısının şirəsi, 1 banan, yarım stəkan təzə yaşıl çay – qarışdırılır, içilir.

3.Yarım fincan su, çay qaşığının ucunda sarıkök, çay qaşığı ucunda zəncəfil, bir limonun şirəsi – blenderdən keçirilir. Həm qaraciyəri, həm bağırsaqları təmizləyəcək.

Bu içkiləri səhər və günorta için ki, içdikdən sonra hərəkətdə olasız. Həmin gün yağlı yeməklər yeməyin, bol təmiz su için.

Top
JoomlaLock.com All4Share.net