Günorta mürgüsü infarkt və insult riskini iki dəfə azaldır
Featured

15 Sentyabr 2019

Alimlər: həftədə iki dəfə günorta mürgüsü infarkt və insult riskini iki dəfə azaldır

Kaliforniya Universitetinin alimləri, günorta yuxusunun hər zaman ziyanlı olmadığını bildirmişdir. Mütəxəssislərin sözlərinə görə, bu yuxu məhdud vaxtda xeyirli ola bilər.

Günorta yuxunun ziyanlı olmasında bir çox tədqiqatçıların fikirləri yaxın zamanlarda aparılmış təcrübələrə görə üst-üstə düşür. Misal üçün Con Hopkins Universitetinin mütəxəssisləri günorta vatı yuxusuzluqla Alzheimer xəstəliyinin əmələ gəlməsi riski arasında uyğunluq tapmışdır.

Alimlərin fikrinə görə, günorta yuxusu beyində amiloid-betanın yüksəlməsinin göstəricisi və ya simptomları ola bilər. Digər alimlər günorta yuxunun hipertaniyaya, eyni zamanda ürək-damar xəstəliklərinə səbəb ola biləcəyini bildirir.

Sinqapurdan olan bir qrup tədqiqatçı bir az fərqli fikir bildirmişdir. Onların sözlərinə görə, yuxu yeniyetmələrin koqnitiv qabiliyyətlərinə faydalı təsir göstərir, lakin bu, qanda şəkərin artmasına səbəb olur, nəticədə müəyyən qədər ürək və damarların fəaliyyətinə mənfi təsir göstərir.

Aparılmış yeni elmi təcrübənin nəticələrinə görə, günorta yuxusu ürək-damar xəstəliklərini azalda bilər. Bu, insanın həftə ərzində, iki dəfədən çox olmamaq şərti ilə günorta yuxusunu aldıqda baş verir. Tədqiqatçılar qeyd edirlər ki, nadir günorta yuxusu, ürək-damar xəstəliklərinə tutulma riskini iki dəfə aşağı salır. Lakin burada yaş, cins, həyat tərzi və digər amillər rol oynayır.(deyerler)

Top
JoomlaLock.com All4Share.net