Bu yaşdan sonra doğuş ana və uşaq üçün təhlükəlidir
Featured

31 Oktyabr 2019

Alberta Universiteti (Kanada) alimləri aşkar ediblər ki, 35 yaşdan sonra hamiləlik və doğuş ana və onun körpəsi üçün təhlükəlidir.

Belə ki, alimlər sübut edir ki, gələcəkdə ana və uşaqda ciddi kardioloji problemlər yarana bilər.

Alimlərin müşahidələrinə görə, 35 yaşdan sonra doğan qadınlarda infarkt və insultun riski daha cavan yaşlarda doğan qadınlarla müqayisədə daha yüksəkdir. Hətta 35 yaşdan sonra hamiləlik uşaqsalma ilə nəticələndikdə bu risk qalır.

Bu qadınların uşaqları da ürək xəstəlikləri, infarkt və insulta görə risk qrupuna daxil olur. Xüsusilə bu oğlan uşaqlarına aiddir.

35 yaşdan sonra əksər qadınlarda müəyyən xəstəliklər, pozulmalar inkişaf edir ki, bu da uşağın ana bətnində normal inkişafını məhdudlaşdıdır. Bunu kompensasiya etmək üçün bu qadınlarda cift daha böyük olur, ciftdə qan təzyiqi artır. Bütün bunlar bunlar isə öz növbəsində gələcəkdə ürək və damar xəstəliklərinin riskini artırır. (saglamolun.az)

Top
JoomlaLock.com All4Share.net