Tanınmış həkim xərçəng əleyhinə çay hazırladı
Featured

01 Noyabr 2019

Tanınmış rusiyalı tele-həkim, "Jit zdorovo" verlişinin müəllifi və aparıcısı Yelena Malışeva yaşıl çay əsasında xərçəng əleyhinə çay reseptini təqdim edib.

Həkim bu çayı hər gün içməyi tövsiyə edir. Malışevanın sözlərinə görə, bu çay nəinki xərçəngin riskini azaldır, həm də mövcud olan xəstəliyin inkişafını da ləngidir.

200 ml təzə dəmlənmiş və 60 C qədər soyudulmuş yaşıl çaya 15 mq sarıkök, 25 mq qara istiot və 2,5 qr zəncəfil əlavə olunur. Bir qədər gözləyəndən sonra çayı için. Yaşıl çay, sarıkök, qara istiot və zəncəfil güclü xərçəng əleyhinə xüsusiyyətə malikdir və onların birlikdə qəbulu bu effekti daha da artırır.(sağlamolun.az)

Top
JoomlaLock.com All4Share.net