Təbii ağrıkəsici
Featured

01 Noyabr 2019

Əgər əliniz altında dərman yoxdursa, amma hər hansı nahiyədə ağrı varsa, alimlər ağrıkəsici effekti verən əlçatan təbii vasitələri təklif edir.
Ağrını kəsməkdə geri qalmayan 5 təbii qidanı təqdim edirik:

1.Lavanda yağı

Artrit, ostexondroz, kürək, bel, diz, baş ağrısını sakitləşdirir. Yuxu gətirir. Burun tutulmasını açır. Yağını çəkib masaj edin, qoxulayın, ətrini yaymaq üçün aromalampada yandırın.

2.Sarıkök

Artrit, psoriaz, ekzema, yanıq, kəsik ağrılarında, eləcə də güclü iltihab əleyhinə vasitədir. Qaşığın ucunda sarıkökü ağızda saxlayıb, ağız suyu ilə aktivləşdirib 1-2 dəqiqə sonra udun.

3.Qırmızı acı bibər

Onun cövhəri radikilit, beldə əzələ ağrısı, baş, miqren, nevralgiyalarda çəkilib masaj olunur. Cövhəri özünüzdə spirtdə hazırlaya bilərsiz və ya aptekdə hazırı satılır. Eləcə də parazitlər səbəbindən qarın kolitlərində qarına çəkilir.

Allergiyası olanlar ehtiyatlı olsun.

4.Mixək

Diş ağrısı, baş, mədə, sidik kisəsi ağrısı, bağırsaqlarda qurd zamanı çeynənilir, yağı çəkilir, çayı içilir

5.Nanə yağı

İltihabi proseslər, stomatit, ağız içi yara, əzələ ağrısı, baş ağrısında çəkilir, qoxulayırsız. Naşatır spirti əvəzi bayılmalarda istifadə olunur.(medicina.az)

Top
JoomlaLock.com All4Share.net