Plastik əməliyyatın daha bir qurbanı

27 Noyabr 2019

Plastik əməliyyat edən qadın tanınmaz hala düşdü

Almanyada yaşayan Beyhan.T adlı qadın estetik əməliyyatından sonra tanınmaz hala düşüb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o əməliyyat etdirmək üçün İstanbulda bir həkimlə danışıb.

O, yağ aldırma, sinə, burun estetik əməliyyatı, üzə dolğu etdirmək istədiyini deyib.

17 sentyabr tarixində İstanbula gələn qadın Plastik Cərrahiyə xəstəxanasına gedib.

Beyhan.T dodaq dolğusu etdirmək istəmədiyini desə də, həkim T.Ş onu buna razılaşdırıb. Tərəflər əməliyyat üçün 6500 Avro nağd pula razılaşıblar.

5 saat çəkən əməliyyat sonrası həkim qadına 10 gün İstanbulda qalmalı olduğu bildirilib. O, bu zaman ərzində 3 dəfə klinikaya gedib 27 sentyabrda Almaniyaya qayıdan Beyhan.T, gəldiyindən 10 gün sonra üzündə və dodağında şişlərin yarandığını deyib. Bunun üçün Almaniyada həkimə gedən qadına, bunun bir müddət öncə keçirdiyi əməliyyatla bağlı olduğunu deyilib.

Dr.T.Ş ilə danışan Beyhan.T bir daha İstanbuldaki klinikaya getməli olub. Orada 3 gün qalan qadına üzündəki şişlərin çəkilməsi üçün mütəmadi olaraq dərmanlar verilib. Lakin onun vəziyyəti dahada pisləşib. Yenidən Almaniyada bir xəstəxanaya müraciət edən Beyhan.T-ya infeksiyaya yoluxduğu deyilib. Daha sonra onun üzündəki iltihapları təmizləmək üçün 3 dəfə əməliyyat olunub.

Depresiyaya düşən qadın 2 ay Almaniyada psixoloji müalicə alıb. Beyhan.T adlı qadın Dr.T.Ş məhkəməyə verərək ondan 50 min TL maddi, 500 min TL mənəvi təzminat davası açıb. (saglamolun.az)

Top
JoomlaLock.com All4Share.net