Print this page

Ürək çatışmazlığının çarələri

28 Noyabr 2019

Terapevt Fizuli Hüseynov ürək çatışmazlığından əziyyət çəkənlərə kimyəvi peraparatlardan uzaq olmaq üçün təbii yollarla ediləcək çarə tapıb.

Vetenugrunda.az terapevtin məsləhətini oxuculara təqdim edir:

55 yaşında xəstənin şikayətləri belə idi.
Yüksək təzyiq
Çox tərləmə daha çox sinə, kürək baş tərəflər.
Təngənəfəslik.
Aşağıdakıları təyin etdikdən sonra əlamətlər tamamilə keçdi.
1. Yemişan meyvəsi 3 kq
Axşamdan 3 stəkan qaynar suyu termosa töküb üstünə 2 xörək qaşığı yemişan meyvəsi qarışdırıb dəmləməli sabahı gün gündə üç dəfə yeməkdən 1saat əvvəl bir stəkan içməli.

2. Alma sirkəsi 3 litr
2 xörək qaşığı alma sirkəsini 3 stəkan suya qarışdırıb gündə üç dəfə yeməkdən 50 dəqiqə əvvəl bir stəkan içməli.

3. Qarazirə yağı 250 ml 2 ədəd. Gündə üç dəfə yeməkdən 40 dəqiqə əvvəl bir çay qaşığı içməli.

4. Ud hindi kapsulu 5 qutu
Gündə 3dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 kapsul içməli.

5. Hicama. Baş 3 kürək 8 bel 4 yerdən. Hicama 2 dəfəyə olmalı ara 3 gün.

6. Zəli qoymalı. Zəli hicamadan 1 həftə sonra qoymalı həftədə 8 ədəd cəmi 48 ədəd. 1) Boyun 8 2) Kürək 8 3) Kürək sol tərəf ürəyin üstü 5 sinə sol tərəf ürəyin üstü 3 4). Bel 8 5) Büzdüm 8 6) Boyun 4 kürək 4 yerdən qoymalı.