Türkiyəli həkim yumurtalıq xərçənginin müalicəsini tapdı
Featured

23 Yanvar 2020

ABŞ-da xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmalara dəstək verən OCRA (Ovarian Cancer Research Alliancenınqurumu hər il 10 elm adamına verdiyi Ann and Sol Schreiber Mentored Investigator Award mükafatına bu il doktor Duyğu Özmadençini layiq gördü. Doktor ödüllə bərabər 75 min dolarlıq araşdırma dəstəyinə də sahibləndi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, türkiyəli doktor yumurtalıq xərçənginin hüceyrələrini çoxaldan FAK adlı proteinə qarşı mübarizə üsulunu tapıb. Yaxın aylarda bu müalicə üsulundan xəstəxanalarda istifadə ediləcəyi deyilir.

İbtidai sinifi Zonquldak Eregildə bitirən Duyğu Özmadençi İstanbul Universitetində bioloji təhsil alıb. Fransada xərçəng xəstəlikləri üzrə master və doktorluğunu başa vurub.

Daha sonra ABŞ-ın San Dieqo Universitetinə gedən Özmadençi bu universitetdəki onkoloji araşdırma mərkəzində yumurtalıq xərçəngi hüceyrələrini çoxaldan FAK adlı proteinə qarşı müalicə üsulunu kəşf edib.

Dünyada hər 100 qadından birinin yumurtalıq xərçəngindən öldüyünü bildirən Özmadenci deyib ki, son 40 ildə müalicə məqsədi ilə istifadə edilən çox az dərman peraparatı əldə edilib. 

Doktor deyib ki, həyat yoldaşını bu xəstəlik ucbatından itirən bir nəfər xərçənglə mübarizə üçün ona maddi dəstək göstərib. Bu yardım onu daha da duyğulandırıb və mübarizəyə sövq edib. 

Top
JoomlaLock.com All4Share.net