Ürək və damarların sağlamlığını qoruyan içki
Featured

23 Yanvar 2020

Ürək və damarların sağlamlığını qoruyan içki. Həftədə 3 dəfə için!

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında birinci yerdədir.

Çin mütəxəssisləri sübut edir ki, ürək və damarların sağlamlığını qorumaq və ömrünü uzatmaq üçün sadəcə yaşıl çay içmək lazımdır. Araşdırmalar göstərib ki, həftədə 3 dəfə yaşıl çay içən insanda ürək tutması, infarkt və insultun riski 56% azalır.

Alimlərin fikrinə görə, bunun səbəbi yaşıl çayın tərkibində olan polifenol maddələridir. Bu maddələr təzyiqi tənzimləməyə yardım edir, damarların vəziyyətini yaxşılaşdırır, ürəyi qoruyur.

Çin alimlərinin fikrinə görə, qara çay ürək və damarlar üçün faydalı olsa da yaşıl çaydan geridə qalır. Qara çay fermentləşmə prosesindən keçir ki, bu zaman onun tərkibində olan polifenolların antioksidant təsiri azalır.(saglamolun.az)

Top
JoomlaLock.com All4Share.net