"Vegetarianlıq təhlükəli yoldur"
Featured

05 Fevral 2020

Stiv Cobsun həkimi: Vegetarianlıq təhlükəli yoldur


Son illər bir çox insanın ətdən imtina etməsinə baxmayaraq, vegetarianlıq insan üçün təhlükə yaradır.

"Forbes" xəbər verir ki, bu fikri Stiv Cobsun həkimi, onkoloq Devid Aqus səsləndirib.

Onun fikrincə, müasir insan bir gecə içində təkamülü dəyişə bilməz:

"Əgər 2,5 milyon il bəşəriyyət ət və tərəvəz yeyibsə, onu pəhrizə oturtsan, bundan yaxşı nəticə gözləmək gülüncdür

Sözsüz ki, veqanlar tam sağlam insan ola bilərlər, lakin onlar üçün balanslaşdırılmış qida qəbulunu təmin etmək olduqca çətindir. Nadir hallarda veqanlar doğru qidalanır. Əsasən, veqanlar karbohidratlarla qidalanır. Onların rasionunda nə zülal, nə də yağlar var.

Bir sözlə, əgər sən hər şeyi düz edirsənsə, afərin, lakin məhsulların bir çoxunu yemirsinizsə, sağlamlığınıza ziyan vurursunuz. Öz gücünüzü qiymətləndirin. Vegetarianlıq və veqanlıq çox təhlükəli və bahalı yoldur. Bu yola dəb xatirinə baş vurmayın".(saglamolun.az)

Top
JoomlaLock.com All4Share.net