Virusları öldürə biləcək maska ​​hazırlandı
Featured

07 Fevral 2020

Rusiyalı alimlər virusları öldürə biləcək tibbi maskalar üçün xüsusi material hazırlayıblar

Material Novosibirsk Bərk Kimya və Mexanokimya İnstitutunda yaradılıb. "Sibirdə Elm" nəşri yazır ki, o, "meltblaun" (çox nazik polipropilen mikrofiberlərdən hazırlanmış sintetik material) və nanogümüşdən ibarətdir

Belə maskalar A qripi virusunu, stafilokok və "Escherichia coli" barğırsaq çöplərini öldürür. Uzunmüddətli əlaqə zamanı bu materialın effektivliyi daha da artır. "2019-nCoV" koronavirusunua qarşı hələlik testlər aparılmayıb, lakin alimlər maskaların o virusa qarşı da təsirli olacağına inanırlar.

Maskalar on saata yaxın istifadə edilə bilər və hətta özünü təmizləmək qabiliyyətinə malikdir, lakin yenə də bunları hər saatdan yarımdan və ya iki saatdan dəyişdirmək tövsiyə olunur. Rusiyalı elm adamları çinli həmkarları ilə əlaqə quraraq sınaq üçün material təqdim etməyə hazır olduqlarını bildiriblər. (faktxeber)

Top
JoomlaLock.com All4Share.net