Min dərdin dərmanı KƏKLİKOTU
Featured

10 Fevral 2020

Kəklikotu immun sistemi üçün çox faydalıdır, orqanizmdə iltihabları azaldır, virus və mikrob əleyhinə təsir edir

Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər.

Kəklikotu çayını hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir.

Kəklikotu çiçəyinin 9 q-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər.

Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir.

Bundan başqa, kəklikotu və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yеrin üzərinə qoyulur.

Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər.

Hamilə qadınlar və ürək fəaliyyətinin dekompensasiyası, kəskin böyrək və qaraciyər xəstəliklərində kəklikotunun qəbulu məsləhət deyil.

Bundan başqa kəklikotu bir çox təsirlərə malikdir. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır, soyuqdəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, zökəm və qripin müalicəsində yararlıdır.
Həmçinin diş ağrısını və öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır. Qan dövranını nizamlayır. Yuxusuzluğu, qanazlığını aradan qaldırır. Yüksək təzyiqin dərmanıdır. Şəkər xəstəliyinə qarşıda faydalıdır.

Azərbaycanda kəklikotundan dəmlənmiş çay da məşhurdur. İnsanlar bu cür çay qarışığını ləzzətlə içirlər.

Kəklikotundan kulinariyada (xüsusilə konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində də geniş istifadə olunur.

Top
JoomlaLock.com All4Share.net