Damarları tikən robot hazırlandı
Featured

14 Fevral 2020

Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar

Alimlər diametri 0.3 mm-dək olan damarları tikə bilən robot hazırlayıblar. Supermikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları uğurlu olub. Bu haqda Eyndhoven Texnologiya Universitetinin alimlərinin "Nature Communications" jurnalında dərc edilmiş məqaləsində deyilir.

Supermikrocərrahiyyə əməliyyat zamanı son dərəcə kiçik damarların birləşdirilməsi (diametri 0,3-dən 0,8 millimetrədək) üçün nəzərdə tutulmuş yeni metoddur. Bu metod əksər hallarda limfedema (adətən süd vəzisi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizədə istifadə olunur.

Belə damarların birləşdirilməsinin çətinliyini nəzərə alaraq hazırda yalnız az sayda cərrah supermikrocərrahiyyə əməliyyatı keçirmək qabiliyyətinə malikdir.

Tədqiqatçılar limfedema zamanı cərrahi yardım ala bilən xəstələrin sayını artırmaq üçün avtomatlaşdırılmış sistem ("MUSA") hazırlayıblar.

Yaxın vaxtlarda istehsalçılar qurğunun sınaqlarını davam etdirəcəklər.(yeniavaz)

Top
JoomlaLock.com All4Share.net