AŞURA-Dünyada və Zahid Orucun qəlbində-VİDEO
Featured

04 Oktyabr 2017 Author :  

Dünyada hər il artan imam Hüseyn aşiqləri ancaq azadlıq və eşq təbliğ etdikləri üçün artmaqda insanlığın böyük sevgi qaynağına çevrilməkdədir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu il dünyanın hər tərəfində minlərlə Hüseynçi küçələrdə azad-rahat şəkildə Aşura mərasiminə toplaşdı, sanki dünya Ya Hüseyn harayından silkələndi. Amerikada, Kanadada, Hollandiyada, Fransada, Hindistanda, Türkiyədə və dünyanın digər ölkələrində müsəlmanlar Aşura mərasimini ürəkləri istədiyi yerdə, istədiyi şəkildə qeyd etsələr də Azərbaycanda bunun tamamilə əksini gördük. 

Azərbaycanda Aşura günündə inanclı insanların üzünə məscidlərin qapıları bağlandı. Gəncədə İmamzada ziyarətgahının qapısına qıfıl vuruldu, yollara poislər düzüldü. Xalqla polis arasında qarşıdurma yarandı.

Nardaranın yollarını polislər bağladı, inanclıların Nardaran Pirinə gedişi əngəlləndi.

Mərasim günü qara çadraya bürünən 1 yaşlı Zeynəbi isə Milli Məclisin deputatı Zahid Oruc gələcəyin kamikadzesi, terrorçusu adlandırdı: “Mən başa düşürəm ki, ölkəmizdə İmam Hüseyn müsibəti ürək ağrısı ilə yad edilir. Amma İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir. Biz ötən gün bununla bağlı narahatlıq doğuran səhnələrin şahidi olduq.
Xristianların dini mərasimlərində zəncir vurulduğunu, qan tökdüyünü, azyaşlıların belə səhnələri izləməyə aparıldığını görmüsünüz? Biz hansı dövrdəyik və hansı mərasimləri keçiririk? Məktəbi və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən dövlət idarə olunmaz.

Bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanı gördük. Valideynləri onları cənnət ümidi ilə xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək.

Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar, biz bu barədə ciddi düşünməliyik”.

Türkiyə parlamentində deputat Əli Özgündüz İmam Hüseyn və Aşura fəlsəfəsini anladır

Kanadanın Toronto şəhərində Aşura Yürüşü

Amerika Miçiqan ştatında Aşura Yürüşü

Londonda Ya Hüseyn çağırışı qeyri dindən olan insanları kövrəldir

Livanda Aşura Yürüşü

Kanadada Aşura

Top
JoomlaLock.com All4Share.net