İraqda vəfat etmiş zəvvarımız Nəcəfdə dəfn edilib - VİDEO

06 Noyabr 2017 Author :  

Bu gün İraqın Nəcəf şəhərində vəfat etmiş Ağakişiyev Fikrət adlı Azərbaycanlı zəvvar dəfn edilib.

Zəvvarların Maide.Az-a verdiyi məlumata görə, Ərbəin ziyarətinə getmiş əslən Göyçay rayonundan olan 45 yaşlı mərhum ötən gün günün ikinci yarısında qəfildən halı pisləşib və ürək tutmasından vəfat edib.

Mərhumun yaxınlarının razılığı ilə o Nəcəf şəhərində olan Vadius-Salam qəbristanlığında bu gün Azərbaycanlı zəvvarların iştirakı ilə dəfn edilib.
Qeyd edək ki, Fikrət Göyçayda tanınmış və sevilən şəxslərdən olunub. Onun dəfn mərasimində mərsiyyələr deyilib və cənazəsi Azərbaycan bayrağının müşaiyəti ilə qəbristanlıqda dəfn olunub.
Xatırladaq ki, bir neçə gün öncə də Ərbəin ziyarətinə getmiş Yardımlı qəsəbə sakini Musayev Rauf Həbulla oğlu İraqın Samira şəhərində Əsgəreyn (ə) imamlarının hərəmini ziyarətdən sonra geri qayıdarkən avtobusda ürək tutmasından dünyasını dəyişmiş və Nəcəf şəhərində dəfn olunmuşdur.

Allah rəhmət eləsin

Top
JoomlaLock.com All4Share.net