Venesuelalı diplomat da Ərbəin yürüşünə qatıldı
Featured

10 Noyabr 2017 Author :  

Venesuela xarici işlər nazirliyinin ümumi əlaqələr üzrə baş direktoru Selka Agudlo Nəcəf-Kərbəla yolunda Ərbəin yürüşündə iştirak edib.

Selka Agudlo səfər barədə təəssüratlarını paylaşarkən bildirib ki, Venesulla xalqının İraq xalqı ilə bağlılıqları var.

Selka Agudlo "Mən əvvəllər milyonlarla insanın iştirak etdiyi Ərbəin yürüşü görmüşdüm və bu barədə məlumatım var idi. Bu dəfə özüm şəxsən bu yürüşdə iştirak etmək qərarına gəldim. Çox xoşbəxtəm", - deyə qeyd edib.

Jurnalistin, "İmam Hüseyn (ə)-ı tanıyırsınızmı?" - sualına venesullalı diplomat belə cavab verib: "Mən bu səfərimdə İmam Hüseyn (ə) barədə məlumatlar toplayıram. Yol boyu ətrafdakı insanlarla həmsöhbət oluram. Onlar mənə çox maraqlı məlumatlar verirlər. Hamısı İmam Hüseyn haqqında deyirlər ki, o, zülmə boyun əyməyib, zalım hakimiyyətə qarşı mübarizə aparıb. Bu mənim xalqım üçün çox böyük mesajdır. Çünki hazırda ölkəmiz Amerikanın ağır sanksiyaları və təzyiqləri ilə üz-üzədir."

Qeyd edək ki, Ərbəin yürüşü - müsəlmanların üçüncü imamı sayılan Həzrəti Hüseynin (ə) şəhid olmasının qırxıncı günü keçirilən genişmiqyaslı tədbirdir. İmam Hüseynin (ə) şəhid olmasının qırxıncı günü ilə əlaqədar milyonlarla insan Nəcəf şəhərindən Kərbəlaya piyada gedərək bu yürüşdə iştirak edirlər. Bu yürüşdə təkcə şiə müsəlmanları deyil, həm də digər məzhəbdən olan müsəlmanlar, eyni zamanda xristianlar da iştirak edirlər.(maida.az)

Top
JoomlaLock.com All4Share.net