Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu gün Ayətullah əl-üzma, Ali Lider, əslən azərbaycanlı olan müctəhid, mərceyi-təqlid, ictimai-siyasi xadim Seyyid Əli Hüseyni Xameneinin mövlududur. O, 17 iyul 1939-cu ildə İranınMəşhəd şəhərində dünyaya gəlib. 

Ayətullah Seyyid Əli Hüseyni Xamenei 4 iyun 1989-cu ildən bu yana İranın 2-ci Ali Rəhbəri vəzifəsini daşıyan İran İslam Respublikasının 3-cü prezidenti, İslam Respublikası Partiyasının lideridir. 

Ali Liderin atası, əslən Təbrizin Xamnə qəsəbəsindən olan Höccətül-İslam vəl-müslimSeyyid Cavad Xamene İranın tanınmış simalarından idi. Tarixi mənbələr onun etnik azərbaycanlı olduğunu bildirir.

Ali Liderin dediyinə görə uşaqlığı yoxsul keçib. O, uşaqlığını belə xatırlayır: "Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedirdərdi.

Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gələrkən (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu."

Ayətullah Xamenei uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyüyüb. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənib. Sonra hər iki qardaş yeni təsis edilmiş "Darut-təlime diyanəti" adlı dini mədrəsəyə qəbul olub və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurub. 

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlayıb. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənir.

O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir."

Seyyid Əli Xamenei ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənib. "Kitabu məalim"i də həmin vaxtlarda oxuyub. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənib.

Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurub. Bu mərhələdə oğlunun irəliləyişində və uğurunda atası Seyid Cavadın böyük rolu olub. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənib.

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlayıb. 

O, 1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanıb.

Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi, Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak edib və oranın təhsil sistemini çox bəyənib. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməyib və bir müddətdən sonra Məşhədə qayıdıb.

Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnib, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnib.

1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə dönür: "Məşhədə qayıtdım, Allah-Taala uğurumu daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir."

Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?

O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Ayətullah Xamenei Ayətullah əl üzma Şəhrudi və Ayətullah əl üzma Burucərdidən içtihad təsdiqnaməsi alıb.

Seyyid Əli Xamenei Məşhəd şəhərinə qayıtdığı ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayə) verməyə başladı və ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etdi. 

1989-cu ildə Ayətullah Xamenei xarici-fiqh dərsləri deməyə başladı. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etdi.

Ayətullah Xamenei özünün dediyi kimi İmam Xomeyninin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə Şəhid Seyid Müctəba Nəvvab Səfəvidən alıb. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib, "Süleyman xan" mədrəsəsində "İslam dirçəlişi və dini dövlət", "Şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar" mövzularında etdiyi həyəcandolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı.

O zamanlar Ayətullah Xamenei "Süleyman xan" mədrəsəsinin cavan tələbələrindən idi. O, Şəhid Nəvvabı belə xatırlayır: "Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, ilk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı."

Ayətullah Xamenei 1341-ci ildə Qum şəhərində məskunlaşdı. Bu dövrlərdə İmam Xomeyni Muhəmməd Rza Şah Pəhləvinin qeyri-islami və amerikapərəst siyasətinə qarşı etiraza başladı.

Ayətullah Xamenei 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir, işgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur, bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu.

İlk dəfə o, 1383-cü ilin məhərrəm ayında İmam Xomeyninin müraciətini, xüsusilə məhərrəm ayındakı təbliğat proqramını, şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada İmamın göstərişinə əsasən Amerika və şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən məhərrəm ayının 9-u (12 xordad, 1342-ci il) tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərtiylə azadlığa buraxıldı. Qanlı 15 xordad hadisəsindən sonra yenidən həbs edilərək, Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərlə məruz qalaraq həbsxanada saxlanıldı.

İkinci həbs
1383-cü ilin ramazan ayında Ayətullah Xamenei bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2-3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər, şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar. Onların, xüsusilə 6 bəhmən – şahın saxta referendum və seçki ildönümü günü – ərəfəsində etdikləri çıxışlar camaat tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin (ə) mövlud günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatdı. Onları gecəyarı həbs edərək, təyyarə ilə Tehrana gətirdilər. Rəhbər iki aya yaxın "Qızılqala" həbsxanasında birnəfərlik kamerada saxlanılaraq, ağlasığmaz işgəncələrə məruz qaldı.

Üçüncü və dördüncü həbs

Tehran və Məşhəddə Ayətullah Xameneinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər SAVAK-ın (ölkənin təhlükəsizlik komitəsi) narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq 1346-cı ildə tutularaq yenidən həbs olunur. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi SAVAK-ı tərəfindən həbs olunur.

Beşinci həbs
Ayətullah Xamenei özünün beşinci dəfə həbs olunması haqqında belə yazır: "48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə beşinci dəfə həbs olundum. SAVAK-ın zindandakı kobud davranışları açıq-aydın bunu göstərirdi ki, dövlət silahlı mübarizənin İslam təfəkkürünə bağlanmasından qorxur. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar.

Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı."

Altıncı həbs
1350-1553-cü illərdə Ayətullah Xameneinin təfsir və ideologiya sahəsində keçdiyi dərslər Məşhədin üç məscidində: "Kəramət", "İmam Həsən", "Mirzə Cəfər" məscidlərində təşkil olunurdu. Minlərlə insan, xüsusilə açıqfikirli gənclər və tələbələr İslami elmə yiyələnmək üçün bu məscidlərə axışırdılar. Onların Nəhcül-bəlağə dərsləri "Nəhcül-bəlağədən seçmələr" başlığı altında çap olunmuş broşüralardan keçilirdi.

Cavan və inqilab ruhlu bu tələbələr sonradan İranın müxtəlif şəhərlərinə gedib həqiqəti camaata çatdırır, onların zehinlərində İslam inqilabı fikirlərini oyadırdılar. Bu cür fəaliyyət nəticəsində 1353-cü ilin dey ayında SAVAK Ayətullah Xameneinin Məşhəddəki evinə hücum edərək, onun bir sıra əlyazma və qeydlərini ələ keçirib, özünü isə həbs etdi. Bu həbs altıncı və ən ağır həbs idi. Ayətullah Xamenei 1354-cü ilin payızına qədər polis idarəsində, özü də birnəfərlik kamerada ən ağır şəraitdə saxlanıldı. O, bu müddət ərzində dözdüyü çətinlikləri belə izah edir: "Yalnız o əziyyəti görənlər mənim nələr çəkdiyimi dərk edə bilərlər."

Ayətullah Xamenei azadlığa buraxıldıqdan sonra Məşhəd şəhərinə qayıdaraq yenidən həmin şövq və həvəslə əvvəlki fəaliyyətini davam etdirir, lakin ona sinif təşkil edib dərs deməyə imkan vermirdilər.

Sürgündə
1356-cı ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən üç il müddətinə İranşəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.

On beşillik gərgin mübarizə və mücadilədən sonra nəhayət, bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır.

Qələbə ərəfəsində
İslam inqilabı ərəfəsində İmam Xomeyninin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhhəri, Şəhid Behişti, Haşimi Rəfsəncani və b. böyük şəxsiyyətlərin iştirakı ilə "İslam İnqilabı Şurası" təşkil olunur. Ayətullah Xamenei də İmamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhhəri vasitəsilə Ayətullah Xameneiyə çatdırıldıqdan sonra o, Məşhəddən Tehrana yola düşür.

Siyasi fəaliyyəti
1.İnqilab şurasının üzvü
2.Sistan və Bluçestan məmurluğu
3.İslam İnqilab ordusunun rəhbəri
4.Tehranın İmam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra İmam Xomeyni (r.ə) tərəfindən Tehranın İmam Cüməsi təyin olundu)
5.İmam Xomeyni (r.ə)-in ali müdafiə şurasındakı müşaviri
6.Ölkə Prezidentliyi.
Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən ağır yaralandı. Bu hadisədən sonra İmam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geyimdə, arxa cəbhədə isə ruhani geyimdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."

İslam inqilabının banisi İmam Xomeyninin 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Əli Xamenei islam inqilabının rəhbəri seçildi.

Əsərləri
1. İmam Həsən Müctəbanın (ə) Sülhü
2. İmam Səccadın (ə) həyatı barədə təhqiqat
3. İmam Rza (ə)
4. İmam Rzanın (ə) siyasi şəxsiyyəti
5. İslamda hökumət
6. Nəhcül-Bəlağədən dərslər
7. Vilayət Nurları
8. Əxlaq dərsi
9. İslamı düzgün anlamaq
10. Şəhadət ətri
11. Məzlumiyyət fəryadı
12. Əcvibətul İstiftaat 

Adnan Oktarın çirkli pulların yuyulması ilə məşğul olan şirkətlərinin adları məlum olub.

Maliyyə Cinayətləri şöbəsi tərəfindən aşkarlanan və fəaliyyətləri dayandırılan şirkətlər barədə iki ildir ki, araşdırma aparılırdı. Bildirilir ki, araşdırmalar nətticəsində məlum olub ki, bəzi şirkətlərin fəaliyyəti dayandırılıb, daha sonra yenidən açıldığına görə siyahıda iki dəfə adları çəkilir. Həmin şirkətlərin adlarını sizə təqdim edirik.

1-Hayçelik Metal məhsulları Limited Şirketi

2-İntro Grup İnşaat Teknologiya və Sanaye Ticaret Ltd.

3-Atlantik Dənizcilik İnşaat Xarici Ticarət Sanaye və Limited

4- Sabiq Nazi İnşaat Ltd.Şt

5-STS Assistanlıq Ticaret Ltd.

6-AC Grup Yapı Qıda Nəqliyyat Ticaret Ltd.

7-VİPLİNE bazarlama ve Xarici Ticarət Ltd.

8-Ronin Tanıtım Ünsiyyyət Yapı. İnşaat Taahüt Xarici Ticaret Ltd.

9-SAY Oto Əmlak Qıda Alım Satım Vasitə Ticaret (Yasemin Mert)

10-Safinat İnşaat Sərmaye ve Xarici Ticarət Ltd

11-Pegasus Yapı ve Layihə İnkişaf Ltd

12-SAY sıgorta vasitə xidmətləri (İbrahim Saral Köprül

13-Element İnşaat Xarici Tic Mimarlık Ltd

14-CTT İnşaat Ticaret Eğitim Sanayi ve Tiicaret Ltd

15-Nova Restarasyon sanaye ve ticaret Ltd

16-Ottaman İnşaat Xarici Ticaret Pazarlama Sanayi ve Ticaret Ltd

17-Milli Deyerleri Qoruma Fondu İqtisadi

18-SAY Trans Nəqliyyat xidmətləri Ltd

19-SAY Yapı Sığorta Ltd

20-Nautilius Sağlıq ve Teknoloji Məhsulları Bazarlama Ltd

21.İNT Qrup reklam işi Ltd

22-NT Marka ve idarəçilik İnşaat Ltd.

23-Pegasus Lojistik Xidmetler İnşaaat ve Dış Ticaret Ltd.

24-Ferid Erdem Rahfancı

25-CSK Otomotiv Zərgərlik idxal və ixracı Ltd

26-ICM reklam turizm sanaye ve ticarət Ltd.

27-Özüm Zərgərlik Xarici Ticarət Ltd.

28-Yılfer Zərgərlik Sanaye Ticarət Ltd

29-A9 Tele kanalı Dijital Yayıncılık ve Sanaye Ticarət A.Ş

30-Eid İnşaatEnerji Sanaye ve Ticarət A.Ş

31-Ferin Grup Sağlıklı Yaşam ve Aracılık Xidmətləri Turizm İnşaat Ticaret Ltd.

32-BST Təhsil temizlik kosmetik texnik inşaat məhsulları sanaye və xarici ticarət Ltd.

33-Emalatxana dekorasiya turizm sanaye ticaret Ltd.

34-SAY ART Katiblik ve tərcümə xidmətləri qıda Xarici Ticarət Ltd.

35-Rasim Çoşkun Varlıbaş Vardek Dekorasiya Vartek Teknologiya

36-Rubbit İnternet Müşavirə Xidmətləri Ticaret Ltd.

37-Arca SağlamlıqTəhsil Xarici Ticarət Ltd.

38-Marin Nəqliyyat Xarici Ticarət İnşaat Sanaye ve Ticarət Ltd.

39-Varlıbaş İnşaat Zərgərlik sanaye ve ticarət Ltd

40-Modernist memarlık mühendislik peyzaj layihə inşaat sanaye ticarət Ltd

41-BST Təmizlik Kosmetika Texnik İnşaat Məhsulları Sanaye ve Xarici Ticarət Ltd.

42-Sarper Led Aydınlatma A.Ş

43-Varlıbaş İnşaat Zərgərlik sanaye ve ticarət Ltd

44-Maye Qrup Polad Sanaye ve Xarici Ticarət Ltd.

45-Yeşil Tuna Zərgərlik Xarici Ticarət Ltd.

46-Getaway Sağlamlıq Turizm Agentliyi və Xarici Ticarət Ltd.

47-Dizayn Dekarasiya Turizm Sanaye ve Ticarət Ltd.

48-Proline Beynəlxalq Nəqliyyat Agentliyi (Yasemin Merd)

49-Öfer İnşaat Sanaye ve Ticarət Ltd.

50-Novus Qıda Xarici Ticarət Ltd.

51-İntegra İnşaat Lojistik ve Xarici Ticarət Ltd.

52-Dizayn Dekarasiya ve Turizm Sanaye Ticarət Ltd.

53-Wework Dizayn Sanaye ve Ticarət Ltd.

54-TRİA Xarici Ticaret ve İnşaat Ltd.

55-TRİA Xarici Ticarət ve İnşaat Ltd.

56-ELCOTECH Coral Yat Gəmi İnşaat Turizm ve Xarici Ticarət Ltd.

57-AC Grup Yapı Gıda Nəqliyyat Ticaret Ltd.

58-Ufuk Saral Oflaz Zərgərlik Ticarət

59-Rasim Çoşkun Varlıbaş Oflaz Zərgərlik Ticarət

60-Mehmet Alp Ünlü- Giovanni Piço Della

61-JLA Mağazaçılık Sanaye ve Ticaret A.Ş

62-İstanbul köynəkləri Sanaye ve Ticaret A.Ş

63-Ajans dizayn ve tasarım Ltd.

61-JLA Mağazacılık Sanayi ve Ticaret A.Ş

62-İstanbul köynəkləri Sanaye ve Ticaret A.Ş

63-Ajans dizayn Ltd.

64-Pegasus İnşaat Sanayie ve Ticaret Ltd.

65-Karan Ticarət Bazarlama Ltd.

66-Dizayn Dekarasiya Turizm Sanaye ve Ticarət Ltd.

67-Sistem Reklam Tanıtım Ltd.

68-Pegasus Ticaret ve Bazarlama Ltd.

69-T.S.L Ağac peyzaj memarı ve bitki istehsalı Ltd

70-Global Yayıncılık Musiqi ve Film Ticarət Ltd.

71-NH Reklam ve Matbəə məhsulları Sanaye Ticarət Ltd.

72-PSC Tekstil Ltd.

73.Medelek Elektronik cihazları Sanaye vı Ticarət Ltd.

74-Netmark Xarici Ticarət İnşaat Ltd.

75-Optima reklamcılık Ticaret Ltd.

76-Promed hizmetleri Ticaret Kollektiv Şirketi.

77-Uygar Yayıncılık (Mehmet Murat Atmaca)

78-Alıa İnşaat Ticaret Ltd.

79-Güneş Yayıncılık (Mehmet Murat Develioğlu)

80-Cəvahirat reklamı A.Ş

81-Ak Ticaret ve Sanaye A.Ş

82-Pegasus Otomotiv Oto kiarəyələmə ve turizm ticaret A.Ş

83-Final Kosmetik Kimya Sanaye ve Ticaret Ltd.

84-PANTHEON ROME Ltd.

82- Pegasus Otomotiv Avtomobil kirıyələmə və turizm ticaret A.Ş

83-Final Kosmetik Kimya Sanaye ve Xarici Ticaret Ltd.

84-PANTHEON ROME Ltd.

85-Unicon İnşaat Turizm Ltd.

86-Texniq ve Elm Araşdırma Fondu

{youtube}mLSd0CF_X-o{/youtube

{youtube}t6Xrkp8wOZo{/youtube}

ABŞ prezidenti Donal Tramp Böyük Britaniyaya səfəri zamanı London sakinlərinin kəskin etirazları ilə qarşılaşıb.
Donald Trampı Avropa səfərində hələ belə kəskin etirazlarla qarşılayan olmamışdı.

Londonda insanlar küçələrə axışaraq kütləvi şəkildə, izdihamlı etirazlarla Donald Trampın birtərəfli siyasət apararaq, Avropaya, dünya dövlətlərinə və beynəlxalq qərarlara hörmətsizlik etməsini kəskin pisləyiblər.

Londonluların etirazında Trampın kukla şarı, ABŞ prezidentinin BƏƏ və Səudiyyə vəliəhdlərini zəncirəyib dartması (ərəb sosial şəbəkələrində bu iki şəxs Trampın sağmal inəyi kimi vəsf edilir) və sair müxtəlif etiraz plokatları diqqət çəkib.

Qeyd edək ki, Donald Trampın Avropa səfəri zamanı Belçikada Nato üzvləri arasında çıxışında qarşı tərəflər qarşısında təhqiredici və tələkaranı fikirləri ilə yadda qalıb.

Buna münasibət bildirən ABŞ-ın sabiq xarici işlər naziri Con Kerri bildirib ki, Donald Tramp Avropa səfərində ABŞ-ın abrını apardı.

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Növbəti məktubu oxucumuz Aybəniz Cəfərova göndərib. Buyurun izləyin:

"Diri Şəhidlərimizə...

Bismilləhir-rahmənir- rahim.

Allahın salamı və bərəkəti üzərinizə olsun!

Təkcə mənim deyil, zülmün qarşısında haqqı deməyin lazım olduğunu bilən, hər kəs üçün dəyərli, əziz olan diri Şəhidlərimizə...

Salam olsun bəndələri zülm və fəsaddan xilas edəcək, bir gün haqqı qalib, batili puç etmək üçün, hər bir haqq sahibinə haqqını qaytarmaq üçün zühur edərək, zülmün təməlini qoyanlardan intiqamını alacaq Ağamız, Mövlamız, gözlərimizin Nuru olan Mehdi Müntəzərin (əccələllahu təala fərəcəhuş -şərif)in gözəl qəlbini şadlandıran balalarımıza, alimlərimizə, ruhanilərimizə, ilahiyyatçılarımıza!

Çox istəmişdiniz ki, İmam Hüseyn (ə)-ın davamçısı olasınız-Oldunuz da! Çox istəmişdiniz həzrəti Zəhra(s.a) və atası Muhəmməd (s)i sevindirəsiniz-Sevindirdiniz də…

Ən çox istədiyiniz Mütəal-Allahı razı salmaq idi ki, inşaallah O da razıdır. Çünki zərr aləmindəki əhdinizə vəfa edib yaxşılığa əmri və pisliklərdən çəkindirməklə bağlı əhdinizə sadiq qaldınız.

Siz ey Azərbaycanın Yusifləri, dünyaya arxa çevirib, zindanları gülüstanlara çevirənlər! Kaş zalımlar biləydilər ki, nə qədər hikmətlər gizlədib uca Rəbbim bu cismani ayrılığımızda...

Əgər bilsəydilər, hidayət olardılar. Məlumdur ki, bu da İlahinin məsləhətidir. Düşünürəm ki, əgər bilsəydik ki, "O", bütün bunlarda hansı xeyirləri gizlədib, bəlkə də Qiyamətədək cismən bir araya gəlməyimizi istəməzdik.

Əli (ə)in təbiriylə desək, xaki- nərdivanla dünyadan yuxarı aləmə qalxarıqsa, onsuzda "O"nda görüşüb bir tam olacağıq. Ey ruhu azad, cismi zindanda olan möminlərimiz!

Onu da deyim ki, neçə -neçə nəsillərə "Həqiqi Azadlıq" məfhumu adlı bir mesaj ötürdünüz.

Əminəm ki, sizin əməlləriniz nəsildən nəslə davamçılarınızın yetişməsinə təkan verdi; İstər ailələrinizdə,istərsə də cəmiyyətimizdə.

Peyğəmbər(s) buyurub: "Cənnətdə bir məqam var-insanlar, peyğəmbərlər və şəhidlər belə onlara qibtə edərlər". Səhabələr soruşdu:-Ya Rəsulallah,onlar kimlərdir?

Buyurdu: Yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər...

Bu hədisdən anlaşılır ki, siz əzizlərin Allah yanında məqamı çox üstündür. Allah təala buyurmuşdur: "İçərinizdə yaxşılığa dəvət edib, pislikdən çəkindirən" bir dəstə olsun. Siz də elə həmin dəstədənsiniz. Sağlıqla qalın, DİRİ ŞƏHİDLƏRİM!!!Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Aybəniz Cəfərova

2018- iyun."

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. 

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

1 -dən səhifə 1025
Top
JoomlaLock.com All4Share.net