Kərbəlada qadınların mövqeyi və rolu-1
Featured

19 Sentyabr 2018 Author :  

İmam Hüseyn (ə) şəhadətə yetəcəyini bildiyi halda, nə üçün əhli-əyalını da özü ilə apardı? Kərbəla qiyamında qadınların mövqeyi və rolu nə idi?

Qeyd etməliyik ki, imam Hüseynin (ə) qiyamı iki hissədən ibarətdir: 1. ilahi hədəf uğrunda fədakarlıq və şəhadət. 2. fədakarlıq və şəhadət mesajını insanlara çatdırmaq. Kərbəla qiyamında qadınlar ikinci vəzifəni öhdələrinə götürmüş və onu fədakarlıqla, layiqincə yerinə yetirmişlər. Onlar Aşura günü yaralılara yardım etsələr də, əsl vəzifələri "mesaj çatdırmaq" idi.

İmam Hüseynin (ə) qiyamının mesajının çatdırılmasında qadınların rolunun daha yaxsı anlaşılması üçün, əvvəlcə iki mövzuya diqqət yetirək:

1. Rəvayətlərdən məlum olduğu kimi, imam Hüseynin (ə) başına gələnlər məlum bir hesab üzrə idi. Əhli-əyalının bu səfərdə əsir düşərək zülmə məruz qalacağını bildiyi halda, yenə də onları özü ilə apardı, çünki Allahın bunu istədiyini "məna aləmi"ndə Peyğəmbər (s) özü İmama söyləmişdi. Peyğəmər (s) belə buyurdu: "Allah onları əsir olaraq görmək istəyir."

Beləliklə də, İmam, əhli-əyalının əsir olacağını Allahın razılığı ilə əlaqələndirdiyi üçün onları özü ilə apardı. İmam Hüseyn (ə) əslində bu hərəkəti ilə elçilərini bütün şəhərlərə, hətta düşmənin qəlbinə qədər göndərib qiyamın mesajını çatdırmağı bacarmışdı.

2. Qadınların tarixdə təsiredici mövqeyi haqqında ikinci bir mövzu isə onların tarixin gedişini dəyişdirdikləri, mühim hadisələrdə təsirli olduqlarını hər kəsin qəbul etməsidir. Belə ki, qadın kişini formalaşdırır, kişi də tarixi. Qadının kişinin formalaşmasındakı təsiri kişinin tarixi yaratmasındakı təsirindən olduqca çoxdur. Ümumiyyətlə, qadınların tarixdəki mühüm rolunu üç qismə ayıra bilərik:

a) Bəzi cəmiyyətlərdə qadınlar xəzinə tək dəyərləndirilir, amma cəmiyyətin idarə olunmasında və qərar qəbulunda heç bir rol ifa edə bilmirlər. Qadın sadəcə dəyərlidir, şəxsiyyət deyildir. Kişi üçün dəyərli olduğundan, daim müəyyən çərçivədə saxlanılır. Belə cəmiyyəti idarə edən yalnız kişidir.

b) Bəzi cəmiyyətlərdə isə qadın əşya deyildir, özünü şəxsiyyət kimi sübut etmiş, ictimai təsirə malik olmuş, kütlənin iradəsində yüksək məqam qazanmışdır. Amma bu qisimdə qadın dəyərlilik xüsusiyyətini itirmişdir.

Qadın hər yerdə olduğu üçün dəyərini itirmiş, adi və dəyərsiz bir hal almışdır. Bilik, güc, karyera, istənilən sahədə fəaliyyət və s. ona şəxsiyyət qazandırsa da, digər tərəfdən kişinin nəzərindəki dəyəri, əlçatmaz xəzinə olduğunu itirmiş olur.

Qadının təbiətində kişi üçün önəmli olmaq ilk dəyərdir, əgər o, kişinin nəzərindən düşürsə, bu onun süqutu deməkdir. Belə bir cəmiyyətdə nə qədər qadın-kişi bərabərliyinə yer ayrılsa da, qadın kişi üçün ucuz bir əşyaya çevrilir və heç bir kişinin gözündə hörmətli və qiymətli bir mövqeyə yüksələ bilmir.

c) İslamın ictimai sisteminə görə isə, qadın həm dəyərli, həm də üstün şəxsi xüsusiyyətləri özündə birləşdirən bir varlıqdır. Birinci qrup, qadına dəyər versə də, şəxsiyyət vermir. İkinci qrup şəxsiyyət versə də, dəyər vermir.

İslam isə qadının üzünə hər iki yolu açıq qoyur. Qadın bir tərəfdən bilik, hünər, güclü iradə, qorxmazlıq, yaradıcılıq, mənəviyyat və digər ruhi və cismani xüsusiyyətlərə sahib olmalı, digər tərəfdən də ayaq altında tapdalanmamalı, əşyaya çevrilməməlidir.

Qurani-Kərimdə qadına belə dəyər verilir: Adəmlə (ə) barabər Həvvaya da ağaca yaxın düşməməsi tapşırıq verilir. Sara da həzrət İbrahim (ə) kimi mələkləri görür. Məryəmə cənnətdən xüsusi qidalar gəlir və Fatimə (s.ə) "Kövsər" (çox xeyirli) adlandırılır.

İnsanlıq tarixində ən nümunəvi qadın olan Fatimə (s.ə) atası Peyğəmbərin (s) ona ev işlərini tapşırdıqda sevinir, amma yeri gəldikdə tarixi dəyişə biləcək, ən müdrik insanların belə edə bilməyəcəyi bir tərzdə məsciddə çıxış edir.

Amma çıxışını kişilərin gözü önündə deyil, pərdə arxasından ifa edir. Beləliklə, həm özünə qadın kimi sərhəd qoyur, həm də ictimai hadisələrə biganə yanaşır.

Bu iki mövzunu araşdırdıqdan sonra, Kərbəla tarixinin qurucularının – qadın-kişi hüquqlarının bərabərliyindən söz aça bilərik.

(Ardı var...)

Tərcümə etdi: Maide.az

Top
JoomlaLock.com All4Share.net