Sabunçuda axundu polis idarəsinə aparıb təhdid etdilər
Featured

19 Sentyabr 2018 Author :  

Azərbaycanda islamafobiya pik həddə çatıb. Məhərrəmlik ayı girəndən sonra isə islamafobiyadan əziyyət çəkənlər öz hikkələrini xalqın inanclı qisminə təzyiqlə göstərməkdədirlər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə günlərdir ki, həm Bakıda, həm də bölgələrdə icra hakimiyyətlərinin, polis idarələrinin əməkdaşlarının məscidlərə müdaxiləsi ölkədə çox ağır durum yaradıb.

Bu təzyiqlərdən biri haqqında xəbər verəcəyik. Bu barədə facebook sosial şəbəkəsində məlumat verilib. Məlumatda deyilir ki, Sabunçu rayonunda yerləşən məscidlərdən birinin axundunu icra hakimiyyətinin nümayəndələri polis idarəsinə aparıblar və onu təhdid ediblər:

"Dünən axşam polislər, icra hakimiyyətinin nümayəndələri məscidə basqn edərək axundu aparıblar polisə. Hədə-qorxu gəliblər ki Aşura günü uşaqları məscidə buraxsan səni həbs edəcəyik."

Xəbər gecə saatlarında çatdığı üçün Sabunçu polis İdarəsi ilə əlaqə saxlamaq imkanımız olmadı.

P.S

Xəbərdə adları çəkilən qarşı tərəfin də mövqeyini verməyə hazırıq. 

Top
JoomlaLock.com All4Share.net