Aşura mərasimi İsveçdə və Nardaranda-VIDEO
Featured

20 Sentyabr 2018 Author :  

İsveçin paytaxtı Stokholmun İmam Əli (ə) adına İslam Mərkəzində İmam Hüseynin (ə) AŞURA gecəsi mərasimi keçirilib. Mərasimə gələnlər azadlıq və ədalət simvolu olan Kərbəla Şəhidlərini anıblar, ənənvi olaraq mərsiyyə və nöhələr səsləndiriblər. Əksəriyyəti xarici vətəndaş olan bu inanclıların mərasiminə müdaxilə olunmayıb. 

Vetenugrunda.azın verdiyi xəbərə görə, Bakıda, Nardaran qəsəbəsində isə bu gün inanclılara əsl Kərbəla müsibətini yaşadıblar. Bu barədə Nardaran ağsaqqalı Natiq Kərimov sosial şəbəkədə yazıb: "Bu gün Nardaran necədə 1300 il qabaqkı Samirə şəhərinə oxşayır.

Həzrət Rəhimə xanım (s.ə) ziyarətgahı.
Ziyarətgahın ətrafı əsgərlərnən və polislərnən sarılıb. Kənd sakinləri vəsiqə gostərib keçirlər. Kənd qeydiyyatı olmayan, ziyarətgaha gələnlər buraxılmır.

Adı məlum olmayan və heç yerdə elan edilməmiş bir rejim tətbiq edilib kəndimizə. Bu çur 3 ilə yaxındır yaşayırıq. Şükür Allaha.

Polis müəyyən edir necə saat məscidlər və ziyarətgah açıq olmalıdır. Şükr Allaha. Bir şey başa guşulmur. Nəyi sübut etmək istəyirlər? Bir vaxtlar Səddamın (nələtullahi əleyhinə) zamanında Kərbəlada Aşura gunu təqribən 50; 100 zəvvar olub. Nə oldu? İndi milyonlar gəlir. Məgər İslam, Əhli-Beyt məhəbbəti yox oldu? Məgər Tasua, Aşura yox oldumu? Heç kəs İmam Hüseyn (ə) məhəbbətini qəlblərdən silə bilməyib, bilməyəcəklər də. Tarix buna sübutdur.
Asura- yəni şəhadət məktəbi."

Aşağıdakı şəkllərdə Nardaranda 2016-cildən qabaqkı Aşura mərasimidir. Bu gün isə Həzrəti Rəhimə xanım ziyarətgahının ətrafı bomboşdur. 

Bu isə İsveçdə keçirilən Aşura mərasimidir

İsveçdə AŞURA gecəsi mərasimi – Foto

Aşağıdakı videoda Nardaranda 2015-ci ilin Aşura mərasimidi

Top
JoomlaLock.com All4Share.net