Almaniyada və Masallıda Aşura -VİDEO
Featured

21 Sentyabr 2018 Author :  

Dünən Aşura günü idi.  Hicri təqvimi ilə 61-ci ildəAşura günü-Məhərrəm ayının 10-cu günü əməvi hakimi Yezidə qarşı İmam Hüseyn (ə) və onun ailə üzvlərinin, tərəfdarlarının Şəhid olduğu gündür. 

İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi günü hər il dünyanın bütün nöqtələrində əzadarlıq mərasimləri ilə yad edirlər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu il də ABŞ-da, Almaniyada, İngiltərədə, Hollandiyada, Fransada, Bosniyada, İsveçdə, Yaponiyada, Rusiyada və digər ölkələrdə izdihamlı Aşura yürüşləri keçirilib.

Sizə təqdim etdiyimiz video isə Berlində keçirilən Aşura mərasimindən çəkilib.

Acınacaqlısı odur ki, müsəlmanların çoxluq təşkil etdiyi ölkəmizdə Aşura mərasiminin keçirilməsinə qadağalar qoyuldu. İmam Hüseyn (ə) bayraqları qadağan edildi. Bəzi bölgələrdə isə icra başçıları özlərini daha çox Yezid tərəfdarı kimi göstərmək üçün inanclı insanlara daha çox təzyiq göstərdilər. Belə rayonlardan biri də Masallıdır.

Masallıdan olan bir inanclı bu barədə belə yazıb: "Masallı rayonun kəndlərində məscidlərə belə cavanların girişi qadağa olunub ancaq ağsaqqallara yəni yaşlı kişilərə icazə verilib. İcra başçısı Rafil Hüseynov özü gedib kəndlərə və tapşırıbki qəti əzadarlıq olmasın. Nəinki uşaqlar, heç cavanlar da məscidlərə buraxılmasın. Kəndlərdə, məscidlərdə İmam Hüseyn (ə) sədaları qəti eşidilməyib."

YADDAŞ

2017-ci ilin 22 fevralında Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, maide.az saytının baş redaktoru, din alimi  Şeyx Sərdar Hacıhəsənli Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında polisi tərəfindən saxlanıldı. 

İcra başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.

2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxundu. O, 3 il müddətinə azadlıqdan məhrum edildi.

Masallıda Aşura 2011-ci il

Top
JoomlaLock.com All4Share.net