Aşura mərasimi Londonda və Bakıda-VİDEO
Featured

21 Sentyabr 2018 Author :  

Aşura günü Azərbaycanın müxtəlif bölgələrində inanclı əhaliyə qarşı baş verən zorakılıq, yasaqlar, insan haqlarına və demokratiya prinsiplərinə ziddir. Xüsusilə, Bakının bəzi məscidlərində polislərin mərasimə gələnlərin geyiminə də qarışması insanlığa və milli-mənəvi dəyərlərə qarşı çıxmaqdır.

Vetenugrunda.azın verdiyi xəbərə görə, bu acınacaqlı olay isə Qarabağ müharibəsinin veteranı, bütün sağlamlığını vətən yolunda fəda edən bir qazinin başına gəlib. Qazinin dostu yazır: "Dünən məsciddə könhə tanışlardan birini gördüm. Qarabağ veteranıdır, çoxdanın dindarıdır. Vətən yolunda can qoyub, xəstə, yarımcan adamdır.

Əyninə geyindiyi qara köynəyinin sol tərəfdə döş cibinə qırmızı rənglə "Ya Hüseyn" yazılmışdı. Cibinin bir qulağı azcazıq cırılıb sallanmışdı. Soruşdum cibin niyə cırılıb? Dedi, dünən filan məsciddə polis qarşımı kəsdi, köynəkdə olan bu yazıya görə məni məscidə burxmaq istəmədi. Bir az mübahisəmiz oldu, əl atdı "Ya Hüseyn" yazısını qoparsın, dedim eləmə bunu, faydası yoxdur, deyək cibimi qopardın, o kəlmə ürəyimin başına yazılıb, onu necə qpoarcaqsan? Nə düşündüsə, fikrindən vaz keçdi."

Azərbaycanda, müsəlman ölkəsində dini mərasimə qadağa qoyanlar, zorakılıq edib, inanclı insanları təhqir edənlər bir balaca başlarını qaldırıb dünyaya baxsaydılar, o zaman görərdilər ki, Londonda  əzadarlıq mərasimi 4 dildə keçirilir. 

İngiltərənin paytaxtı London şəhərində dörd dildə keçirilən əzadarlıq mərasimində bəhreynli şiələrin mənəvi rəhbəri Ayətullah Şeyx İsa Qasim də iştirak edib.

İngiltərənin İslam Mərkəzinin Kərbəla inqilabının hədəflərinin yayılması və xalis İslami təfəkkürün diri qalması məqsədi ilə keçirilən matəm mərasimində ingilis, urdu, fars və ərəb dillərində məsriyə və növhələr oxunub. 

İslam Mərkəzinin matəm mərasimləri on gün müddətində hər gecə, sentyabr ayının 11-dən 20-dək, keçirilib. Bu məclislərdə London və ətraf şəhərlərdən gələn Əhli-Beyt (ə) aşiqləri mərasimlərini keçiriblər.

Bu mərasimdə Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasim, Ayətullah Üzma Sistaninin nümayəndəsi Seyid Mürtəza Kəşmiri, Londonun Əhli-Beyt (ə) qrumunun məsulları Höccətul-İslam vəl-müslimin Müdərrisi və Seyid Məhəmməd Musəvi, İİR-nın Londondakı səfiri Həmid Bəidinəjad, Qum Elm Hövzəsinin ustadı Höccətul-İslam vəl-müslimin Şeyx Əhməd Vaizi, İngiltərə İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Əli Şimali, iraqlı xətib və ruhani Höccətul-İslam vəl-müslimin Şeyx Müncid Kəəbi, Hindistanlı din təbliğatçısı Höccətul-İslam vəl-müslimin Seyid Nəqi Əsgəri və Londonda yaşayan digər nüfuzli şəxslər itşirak və çıxış ediblər.  

İngiltərənin İslam Mərkəzinin Kərbəla inqilabının hədəflərinin yayılması və xalis İslami təfəkkürün diri qalması məqsədi ilə keçirilən matəm mərasimində dörd dildə (İngilis, Fars, Urdu və Ərəb) məsriyə və növhələr oxunub və çıxışlar edilib.

İslam Mərkəzinin matəm mərasimləri on gün müddətində hər gecə, Sentyabr ayının 11-dən 20-dək, keçirilib. Bu məclislərdə London və ətraf şəhərlərdən gələn Əhli-Beyt (ə) aşiqləri iştirak ediblər.

Bu mərasimdə Bəhreyn şiələrinin rəhbəri Ayətullah İsa Qasim, Ayətullah Üzma Sistaninin nümayəndəsi Seyid Mürtəza Kəşmiri, Londonun Əhli-Beyt (ə) müəssisəsinin məsulları Höccətul-İslam vəl-müslimin Müdərrisi və Seyid Məhəmməd Musəvi, İİR-nın Londondakı səfiri Həmid Bəidinəjad, Qum elmi hövzəsinin ustadı Höccətul-İslam vəl-müslimin Şeyx Əhməd Vaizi, İngiltərə İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Əli Şimali, iraqlı xətib və ruhani Höccətul-İslam vəl-müslimin Şeyx Müncid Kəəbi, Hindistanlı din təbliğatçısı Höccətul-İslam vəl-müslimin Seyid Nəqi Əsgəri və Londonda yaşayan digər nüfuzli şəxslər itşirak və çıxış ediblər.  

http://iqna.ir/fa/news/3748493

Top
JoomlaLock.com All4Share.net